İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


09.04.2018  11:09 

Bakıda aptekdə cibgirlik edən TUTULDU





A+  A-

İctimai nəqliyyatda, həmçinin insanlarının sıx olduğu obyektlərdə cibgirlik edərək edərək insanların pul və qiymətli əşyalarını ələ keçirən şəxsin saxlanılması istiqamətində Nərimanov Rayon Polis İdarəsi (RPİ) 18-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.
Bu haqda XəzərNews.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Şöbəyə müraciət edən zərərçəkən rayon ərazisində yerləşən apteklərdən birinə müştəri kimi daxil olan zaman cibindən naməlum şəraitdə içərisində 120 ABŞ dolları və 100 manat olan pul kisəsinin oğurlandığını bildirib.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Hüseyn Abbasov saxlanılıb.

Qeyd edək ki, saxlanılan şəxsin aptekdə törətdiyi oğurluq əməli obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində etdiyi cinayəti etiraf edib.

Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları cibgirlik etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci PŞ-nə müraciət edə bilərlər.

Xəbər 1551 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +