İsrail Ərdəbildə Xoruzlu kəndini bombalayıb
Trampın İsrailin İrana hava zərbələrindən xəbəri olub
Xalq artisti Bilgəh sanatoriyasını tənqid etdi
“Son Zəng”lə bağlı xəbərdarlıq olundu
İsrailin Tehrana hücumu: 78 ölü, 329 yaralı
Dilan Polat dəlixanaya yerləşdirilib
Natanzdakı obyektə zərər vurulub - İran təsdiqlədi
Müdafiə Nazirliyində 143 milyon manat necə oğurlanıb?
Tehran, doğma Təbriz vurulur – Mirşahin
İsraildəki səfirliyimiz müraciət yaydı


02.06.2025  11:01 

Üç uşaq atası olan qazinin pensiyası kəsilib





A+  A-

“Vətən müharibəsində döyüşmüşəm, yaralanmışam. Mənə 5 il müddətinə üçüncü qrup əlillik verilib. Amma 3 il keçməmiş heç bir səbəb göstərmədən pensiyamı və Prezident təqaüdünü kəsiblər”.

XəzərNews.az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya Masallı rayonunun Xırmandalı kəndindən olan Vətən müharibəsi qazisi Rəşad Gülverdi oğlu Ağazadə müraciət edib.

Onun sözlərinə görə, əlillik təyinatı 2021-ci ildə aparılıb, ümumilikdə 945 AZN pensiya və təqaüd alıb: “615 manat əlilliyə görə və 330 manat Prezident təqaüdü alırdım. Ötən ilin dekabrında pensiyam, bu ilin yanvarında isə Prezident təqaüdüm dayandırılıb. Bununla bağlı heç bir səbəb də göstərilməyib. Bilmədim kimsə məndən şikayət edib, ya nə olub?.. Məni komissiyaya çağırdılar, heç yoxlamadan belə qərar verdilər.

Dizimdən iki dəfə əməliyyat olunmuşam. Ön çarpaz bağlar kəsilib, onları bərkidiblər. Ayağımı rahat işlədə bilmirəm, qatlanmır. Uzun müddət xəstəxanalarda qalıb müalicə almışam. Mən döyüşdə can qoymuşam, indi pensiyamı kəsib məni pis vəziyyətdə qoyublar. Özüm də 3 övlad atasıyam”.

Qazinin sayta göndərdiyi sənəddə də əlilliyin 2021-ci ildə 5 il müddətinə təyin edildiyi və növbəti müayinə tarixinin 17.11.2026 ildə olacağı qeyd edilib.

Problemlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin mətbuat katibi Tural Qurbanov bildirib ki, pensiyanın dayandırılması vətəndaşın hazırkı sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verməməsi ilə bağlıdır: “Rəşad Ağazadə 24.12.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət edilərək əyani müayinə edilib. Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinəsi zamanı vətəndaşın hazırkı sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq şəxsin tam reabilitasiya olunması barədə qərar qəbul edilib”.

Qeyd edək ki, R.Ağazadə Vətən müharibəsində göstərdiyi xidmətlərə görə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.


Xəbər 468 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir

12.06.2025  19:33 

“Medera Hospital“ cərimələndi

12.06.2025  17:14 

Prezident fərman imzaladı

12.06.2025  15:03 

Rusiya Bakını niyə hədələyir?


BÜTÜN XƏBƏRLƏR +