Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?
Kişi sevgilisinin azyaşlı oğlu tərəfindən bıçaqlandı
Saleh Məmmədov işçilərin maaşından 50 manat kəsib?
Azərbaycanlıya işgəncə verənlərə cəza verildi
DTX-nin həbs etdiyi “Çaqqal“dan xəbər var
Binəqədidəki bağçada nə baş verir? - Video
Polis bu qadınları axtarır - Siyahı
“Azparking”in zəbt etdiyi yollar nə vaxt boşaldılacaq?


13.05.2025  11:54 

DTX-nin həbs etdiyi “Çaqqal“dan xəbər var





A+  A-

Bir müddət əvvəl diplomatiya sistemindən uzaqlaşdırılmış "Çaqqal" ləqəbli Ramiz Vəliyevin həbs müddəti uzadılıb.

Ramiz Vəliyev Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs edilib. DTX-nın təqdimatı əsasında Səbail Rayon Məhkəməsi Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha 2 ay uzadıb.

Bildirilir ki, "kiçik adam sindromu"ndan əziyyət çəkdiyi iddia edilən bu şəxs saxta yollarla Birinci Qarabağ müharibəsinin qazisi kimi 90-cı illərin sonunda - XİN-in dərəbəylik dövründə bu sistemə qoşulmağa nail olub. Diplomatiya sistemindən bir dəfə uzaqlaşdırılsa da, R.Vəliyev sonradan yenidən bərpa edilərək öz əməllərini davam etdirib.

Onun diplomatiya sistemində çalışaraq xaricə, o cümlədən "söyüş müxalifəti"nə məlumat ötürən şəxslərdən biri olduğu da deyilir. O, hətta şəxsən yaratdığı şəbəkənin fəaliyyətini kurasiya edib. COP29 dövründə də ölkədəki ictimai-siyasi proseslər barədə xaricdəki "söyüş müxalifəti" ilə əlbir olaraq kompromatlar ötürüb. Vəliyev bir müddət də Livanda səfirlikdə işləyib.

Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinən Ramiz Vəliyev hazırda həbsdə olan vəkil Adəm Məmmədovun əmisidir./Musavat.com

Xəbər 72 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir


BÜTÜN XƏBƏRLƏR +