Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


29.06.2025  11:32 

Diaspora Komitəsi adlı əhəmiyyətsiz qurum bunu bacarmır...





A+  A-

Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin ana xətti ondan ibarətdir ki, hökumət ölkəmizin ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan azərbaycanlıların hüquqi müdafiəsinə təminat verir.

Təəssüf ki, Rusiyada yaşayan minlərlə azərbaycanlının hər gün tapdalanan hüquqları fonunda biz bunu görə bilmirik.

Bəziləri elə bu platformadan iddia edir ki, ay nə bilim iqtisadi-sosial vəziyyətimiz yaxşı olsaydı yüz minlərlə vətəndaşımız Rusiyaya getməzdi. Bəli, səbəblərdən biri də budur, amma əsası deyil.

Miqrasiya hər zaman olub. İnsanların başqa şəhərlərdə, ölkələrdə yaşamaları doğal haqlarıdır. Bu iqtisadi çətinlikdən də olar, kefdən də...

Problem Rusiyada yaşayan yüz minlərlə soydaşımızın sahibsiz qalması, təhlükəsizliklərinin davamlı təhdid altında olmasıdır.

İndiki situasiyada Rusiyanı yıxıb-sürümək asandır.

Niyə yazmırsınız ki, soydaşlarımızla işləməli olan Diaspora Komitəsi adlı amorf qurum bunu bacarmır?

Niyə etitaf etmirsiniz ki, bu qurum yenidən dizayn olunmalı, fəaliyyət istiqamətləri konkretləşməlidir?

Komitədəki məmurların son üç-beş aydakı səfər marşrutlarına diqqət edin. Ancaq Avropa ölkələri, Türkiyə və digərləri...

Qulağımızın dibində Gürcüstan və Rusiyada azərbaycanlıların vəziyyəti bərbaddır. Bu ölkələrdə yüz minlərlə azərbaycanlının taleyi Allahın ümidinə, FSB-nin yaratdığı əldəqayırma milli-mədəni cəmiyyətlərin (biz onlara diaspor təşkilatları da deyirik) və Diaspora Komitəsi tərəfindən idarə olunan işbaz diaspor sədrlərinin yarıtmaz fəaliyyətinə qalıb. Sonuncular vaxtaşırı Diaspor Komitəsinə gəlir, bəh-bəhlə qarşılanır, medalını, Fəxri Fərmanını alıb, şəkil çəkdirib, qonaqlıqlar verib, qarşılıqlı şənə təriflər yağdırıb geri qayıdırlar.

Diqqət edin: Yekaterinburqda baş verən o vəhşiliyə bu şəhərdə yaşayan yüzlərlə azərbaycanlı və ya diaspor təşkilatı hər hansı bir reaksiya verdimi?

Və yaxud da Rusiyada adı var, özü olmayan yüzlərlə diaspor təşkilatı hər hansı bir çağırış etdimi?

Ən azı yumşaq formada bir müraciət belə görmədik.

Etiraf edək ki, Rusiyadakı bəzi təşkilatlar qorxurlar, haqlıdırlar da... Amma bundan sonra nə fayda?

NİYƏSİNİ BİLİRSİNİZMİ?

Çünki onlar yox kimi bir şeydirlər.
Diaspora Komitəsi bax bu gün üçün təşkilatlar formalaşdırmalı idi. Amma etməyib, istəməyib, bacarmayıb.

Biz feysbuk kimi platformalarda bəlağətli və lətafətli etirazlarımızla onları müdafiə edə bilməyəcəyik. Bizim bu ütülü statuslarımı yalnız daxili auditoriyaya hesablanıb.

Olsun, buna da şükür...

Niyə anlamırsınız ki, hökumət və onun Diaspor Komitəsi adlı vecsiz qurumu vaxtında iş görməli idi. Votçap qrupları ilə diaspora hərəkatını irəli aparmaq olmaz, Cənab Muradov...

Bu iş əmək, zəhmət, vicdan tələb edir.



Bu arada Diaspor Komitəsinin saytına girib bəlkə bir şey yazıblar deyə baxmaq istəyirəm. Amma dünən axşamdan sayt işləmir. Belə bir vəziyyətdə soydaşlarımızla işləyən bir qurumun saytı necə işləməyə bilər axı?

Rəzalətdir...


Niyaz Niftiyev

Xəbər 628 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +