PA-ya “işə düzəlmək“ istədi, 3000 manatından oldu
Anar sədrlikdən gedəcəyi vaxtı açıqladı
Zelenski ona Ukraynanın baş naziri vəzifəsini təklif edib
Hərbi Prokurorluğda yeni təyinatlar olub
Çörək sexinin fəaliyyəti dayandırıldı - Bakıda
TRT-də PKK təsiri: Urmiya kürd şəhəridir?
Kramatorskda rus məhbuslar qaçıb
Paşinyan Brüsseldə kimlərlə görüşüb?
Onlar da Kremilin hədəfində...
Məleykə Abbaszadə hansı ixtisasların ləğvinin anonsunu verdi


24.10.2022  12:03 

Prezidentin nəzarətindəki parkda ağaclar tikintiyə qurban verildi — VİDEO





A+  A-

2013-cü ildə Bakının Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində salınan park indi arxivə çevrilib.

Binəqədi məhkəməsi ilə üzbəüz yerləşən həmin park Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə salınmışdı.Ancaq zaman – zaman işbazlar, rüşvətxor məmurlar, möhtəkirlər, biznes adamları parka göz dikərək onu sıradan çıxarmağa çalışıblar. İlk dəfə bu cəhd 2018-ci ildə olub. O dövrdə, mayın 17-si Bakı metrosunun rəisi Zaur Hüseynov prezidentə məruzə etdi ki, Leyla xanımın xoş təşəbbüsü ilə salınan parkın bir hissəsi satılaraq, ağaclar qırılaraq məhv edilir. Və Metropolitenin Dərnəgül stansiyasına ciddi təhlükə var. Bu an Binəqədi rayonuna başçılıq edən Xaləddin İsgəndərov tələm-tələsik gecəylə parkda ağaclar əkdirmiş, Yaşıllaşdırma Birliyinin özbaşınalığı ört – basdır eləməyə çalışmışdı. Ancaq gec idi və İsgəndərov bu səbəbdən də işindən uzaqlaşdırıldı. Həmçinin, o dövrdə Yaşıllaşdırma İdarəsində mühəndis işləyən Əhliman Əliyev parkdan 600 ağacın çıxarılmasına rəhbərlik etmiş və buna görə barəsində Binəqədi Polis idarəsində cinayət işi açılmışdı. Çünki ağacların yerində bina tikməyə şərait yaradılmışdı. Üstündən xeyli zaman keçir, Ə. Əliyev Yaşıllaşdırma İdarəsində mühim vəzifə tutur. Parkın görüntüsündən gördüyünüz bir hissəsi isə ekoloji soyqırım nəticəsində məhv edilib. Biz oxuculara parkın əvvəlki görünüşünü təqdim edirik, bu mənzərədən heç nə qalmayıb, ağacların yerində bina tikilir. Nəticədə nəcib bir ideya məhv edilərək korrupsiyanın, acgözlüyün qurbanı olur və ekoloji terror edilərək parkın içində tikinti aparırlar. Maraqlıdır, BŞİH, Yaşıllaşdırma Təsərrüfatı Birliyi rəisi Həsrət Əmrahov, Binəqədi İH başçısı Elxan Allahverdiyev hara baxırlar? Buyurun, siz baxın…

Məlumat üçün bildirək ki, dünən Yasamal rayon Mikayıl Müşfiq küçəsində baş verən yaşıl soyqırıma görə ETSN-yi Yaşıllaşdırma Təsərrüfatı Birliyinə inzibati xətalar haqqında pratakol tərtib edərək, cərimə tətbiq etmişdi./Demokrat.az



Xəbər 2528 dəfə oxunub.




14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi


BÜTÜN XƏBƏRLƏR +