Yeni təyin olunan məmurlar ətrafına dost-tanışını yığır - Deputat
Oğul anasını döyərək öldürdü - Azərbaycanda
Keyt Kelloq Kiyevə işgüzar səfərə gəlib
Baptist kilsəsində atışma baş verib
DTX kibercinayətkarları ifşa etdi
Tanınmış həkimə cinayət işi açıldı
Diqqət: Bəzi avtomobillərin kilometrajı geri çəkilir
Kobud şəkildə qayda pozan sürücü kameraya düşdü
“Azərenerji”nin 300 milyonluq borcu niyə yaranıb?
“Taxta bazarı“ adlanan ərazidə yanğın olub


03.12.2018  08:43 

Xurmanın qiyməti iki dəfə ucuzlaşıb





A+  A-

Artıq xurma mövsümü sona çatır.
XəzərNews.az xəbər verir ki, “Azərbaycan” qəzeti bununla bağlı Ağdaş rayonunun daha çox xurma əkilən Ağcayazı kəndindən reportaj hazırlayıb. Kənd 380 təsərrüfatdan ibarətdir. Həmin təsərrüfatların təxminən 300-də xurma yetişdirilir. Onların arasında 0,20 hektarlığı da var, 10 hektarlığı da. Ümumilikdə isə xurma bağları 200 hektardan çoxdur.

Kənd sakini, fermer Şahmalı Kərimovun deyir ki, 10 hektar xurma bağı var. Onun 6 hektarı tam məhsuldar, 4 hektarı cavan bağlardır: "Məhsuldarlıq keçən il də yaxşı olub. Lakin builki məhsul əvvəlki ildə olduğundan orta hesabla iki dəfəyə yaxın çoxdur. Amma qiymət keçən ildəkindən ucuzdur. Ötən il 9-10 kiloqramlıq yeşikləri 8-9 manata satmışdıq. İndi isə qiymət orta hesabla 3 manatdır”.

Fermer deyir ki, qiymətin düşməsi mənfəətə təsir göstərir. Belə ki, xurma bağları davamlı qulluq tələb etdiyindən xərci də çoxdur: "Məhsul yığılıb təhvil verildikdən sonra növbəti yığım dövrünədək hər gün burada çalışanlara 30 manat ödəniş edilir. Budama, suvarma, gübrə verilməsi də pul tələb edən işlərdir. İşin həcmi artdıqda mütləq əlavə işçi qüvvəsi tələb edilir. Daha çox işçi isə yığım mövsümündə olur. Sentyabrın 15-dən başlayaraq yığım qurtaranadək gündəlik işçi sayı orta hesabla 15 nəfərə çatır”.

Anar Abbasov alıcı və istehsalçı arasında vasitəçilik edir. Dediyinə görə, bu il qiymətin aşağı düşməsinə təsir edən bir neçə amil var: "Əgər onlardan biri bu il keçən illə müqayisədə bağların daha çox məhsul verməsidirsə, digər amil məhsulun başlıca satış bazarı olan Rusiyada milli valyutanın ucuzlaşmasıdır. Üstəlik, gömrük rüsumunun artması da vəziyyətə təsirsiz ötüşməyib”.

Kənd sakini Ayaz Abdullayev də qiymətin aşağı olmasından şikayətlənir. Deyir ki, 2017-ci ildə xurmanın qiyməti münasib olduğundan bağ sahibləri bu il əvvəlki dövrlərlə müqayisədə ağaclara daha yaxşı qulluq göstərdilər. Budama, suvarma, ağacların dibinin yumşaldılması, üzvi gübrə ilə təminat yüksək səviyyədə aparıldı. Əvəzində məhsul ikiqat artdı, qiyməti isə ucuzlaşdı.

Qəzet yazır ki, ümumiyyətlə, təkcə xurma deyil, cari il bir sıra kənd təsərrüfatı məhsullarının satışında fermerlər bu cür problemlə üzləşiblər. Xüsusən sarımsaq əkənlər daha çox ziyana düşüblər. Tonlarla sarımsaq insanların əlində qalıb.

Xəbər 3329 dəfə oxunub.




14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi

13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu

13.07.2025  12:34 

Ölümlə danışarsan...!

13.07.2025  11:54 

Sabah 40° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +