Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


13.05.2025  14:22 

Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar ortaya çıxıb.

XəzərNews.az Bakupost.az-a istinadən xəbər verir ki, 49 yaşlı hakim ötən gün infarkt keçirərək xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Bu gün o, Qurd Qapısı qəbiristanlığında dəfn olunub.

Mərhumun yaxınlarının verdiyi məlumata görə, Samir Əliyev Azərbaycandan Türkiyəyə təhsil almaq üçün göndərilən ilk tələbələrdən biri olub. 1992-ci ildə Ankara Universitetinə daxil olan S.Əliyev daha sonra təhsilini Bakı Dövlət Universitetində davam etdirib və buranı hüquq ixtisası üzrə bitirib.

Samir Əliyevin üç övladı var. Onun Londonda təhsil alan qızı üçün bu gün xüsusilə ağır olub. Belə ki, qızının diplom müdafiəsi bu günə təsadüf edib. Atasının ölüm xəbərini alan tələbə dərhal Bakıya qayıdıb.

Maraqlıdır ki, Samir Əliyev bir həftə əvvəl özəl xəstəxanalardan birində ümumi check-up müayinəsindən keçib. Ürək damarları, exo, stress-test də daxil olmaqla bütün müayinələrdən keçən hakimdə heç bir problem aşkarlanmayıb. Buna baxmayaraq, bu gün səhər saatlarında qəfil infarkt keçirərək vəfat edib.



Xəbər 50 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +