PA-ya “işə düzəlmək“ istədi, 3000 manatından oldu
Anar sədrlikdən gedəcəyi vaxtı açıqladı
Zelenski ona Ukraynanın baş naziri vəzifəsini təklif edib
Hərbi Prokurorluğda yeni təyinatlar olub
Çörək sexinin fəaliyyəti dayandırıldı - Bakıda
TRT-də PKK təsiri: Urmiya kürd şəhəridir?
Kramatorskda rus məhbuslar qaçıb
Paşinyan Brüsseldə kimlərlə görüşüb?
Onlar da Kremilin hədəfində...
Məleykə Abbaszadə hansı ixtisasların ləğvinin anonsunu verdi


14.07.2025  19:53 

PA-ya “işə düzəlmək“ istədi, 3000 manatından oldu





A+  A-

Bakıda vətəndaşı 3000 manata Prezident Adminstrasiyasına (PA) işə düzəldəcəyini vəd edərək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

XəzərNews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, İsmayıl İsmayılov S. Nasimovdan 3000 manat alaraq onu PA-ya təşkilatçı vəzifəsinə, bacısı Z.Nasimovadan isə 2500 manat alaraq onu bağçalardan birinə müəllim düzəldəcəyini vəd edib.

İsmayıl İsmayılov özünü qurbanlarına iş adamı kimi təqdim edib. Ona inanan vətəndaşlar deyilən məbləği versələr də, nəticə onlar üçün gözlənilməz olub. Zərərçəkənlər anlayıb ki, aldanıblar. Bu baxımdan hüquq-mühafizə orqanlarına müraciət ediblər. Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işinin məhkəmə istintaqı Yasamal Rayon Məhkəməsində aparılıb.

Məhkəmə İsmayıl İsmayılovun əməlini 178.1-ci maddəyə tövsif edib və o, bu maddə ilə təqsirli bilinib. Lakin törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməyib.


Xəbər 162 dəfə oxunub.




14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi


BÜTÜN XƏBƏRLƏR +