Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda
Ordumuzun hərbçisi vəfat edib
Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib


17.11.2023  11:16 

Bu 40 ildə gördüyüm bütün işlər bu gün məni söyənlərin dərdləridir... - Sabir Rüstəmxanlı





A+  A-

VHP sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin dünənki iclasında deputatların ailə üzvlərinin Azərbaycan hava limanlarında VİP keçiddən keçə bilməməsi ilə bağlı çıxıb edib.

O, bildirib ki, əvvəllər buna şərait yaradılsa da, indi deputatların ailə üzvləri bu VİP keçiddən keçə bilmir.

Sabir Rüstəmxanlının bu çıxışı sosial şəbəkələrdə tənqidə səbəb olub. Belə ki, sosial şəbəkə üzvləri Sabir Rüstəmxanlının parlament tribunasından ailə üzvlərinin problemini qaldırmagda günahlandırıb.

Xəzərnews.az xəbər verir ki, Gununsesi.info-ya açıqlamasında Sabir Rüstəmxanlı bu ittihamlara münasibət bildirib. O qeyd edib ki, illərdir çəkilən əziyyətlər, zəhmətlər deyilmir, ancaq xırda bir məsələ bayraq edilib, danışılır və insanı hədəfə çevirirlər:

“Bu, çox ağrılı məsələdir. Bu, təkcə mənim yox, həm də bizim cəmiyyətimizin problemidir”.

Sabir Rüstəmxanlı Milli Məclisin dünənki iclasında 2024-cü ilin büdcəsi ilə bağlı çox geniş şəkildə çıxış etdiyini bildirib.

“Əldə etiyimiz zəfərimizdən, seçildiyim rayonda gördüyüm işlərdən danışmışam. Rayonlardaki işsizlik, süni qiymət artımları, bir çox qlobal və ciddi məsələlərə toxunmuşam”, – deyə o əlavə edib.

S.Rüstəmxanlı Milli Məclisin iclasında qurumun özünün maliyyələşməsi, onun daxili problemlərinin müzakirə edildiyini bildirib:

“Çoxdandır məni narahat edən, lakin dilimə gətirə bilmədiyim bir məsələni də dedim. Bu da deputat status ilə bağlıdır. Diplomatik pasportlar vaxtı bitəndə alınır. Bu məni narahat etmir. Söhbət prinsiplərdən, Milli Məclisin nüfuzundan gedir. Bu prinsiplər, qanunlar qorunmalıdır. Bu prinsiplərin necə olmasını da biz müəyyənləşdirməliyik.

Yazırlar ki, mən iki otaqlı mənzildə yaşayıram. Bu, belə deyil. Evim də, bağım var. Bu 70 ili elə-belə yaşamamışam ki?

Bütün günü insanların problemlərini dinləmək üçün rayonlardayam, yazıçıyam, başqa qayğılarım da var.

Belə məsələləri aydınlaşdırmadan, söyüşlu statuslar yazmaq heç doğru deyil.

Bütün bunlar mənim tərbiyəmə uyğun deyil. Mənim tərbiyəm 40 ildə gördüyüm işlərdir, meydanlarda savaşlarım, millət üçün axıtdığım göz yaşlarıdır.

Bu 40 ildə gördüyüm bütün işlər bu gün məni söyənlərin dərdləridir.

Axı hansı üzlə, hansı əxlaq ilə bütün bunları unudub, xırda bir məsələni bayraq edirlər? 40 ildir sizin haqqınızda düşünmüşəm, bir gün də bu məsələni dilə gətirmişəm.

Bir daha qeyd edirəm, dediyim məsələləri özümü düşünərək yox, prinsipləri düşünərək, demişəm.

Sonda bu məsələ haqqında yazanlara demək istərdim ki, bir anlıq düşünsünlər. Bu sözləri hansı haqlarla danışırsınız? Bu mədəniyyətlə hara gedəcəksiniz?”

Xəbər 2729 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +