Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib
Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video


24.06.2025  17:56 

Nazirlik bu biabırçılığı bilir... - Keçmiş şöbə müdiri





A+  A-

"Azərbaycan dili və ədəbiyyat müəllimlərinin kütləvi etirazına baxmayaraq, testin gizli saxlanılmasının əsas səbəbi mətn üzrə tapşırıqlardır".

XəzərNews.az xəbər verir ki, bunu filologiya üzrə fəlsəfə doktoru, Təhsil İnstitunun keçmiş şöbə müdiri Könül Aydın özünün feysbuk hesabında yazıb.

"Əminəm ki, bunkerə yeni "ekspertlər" daxil edilib və onlar çox səriştəsiz iş görüblər. Onlar Çərçivə Sənədindəki qeydi nəzərə almadan 13 mətn sualı əvəzinə, 13 mətn daxil ediblər testə. Ağlı başında olan hər kəs anlayır ki, cəmi 120 dəqiqəlik imtahanda 2 fənn, üstəgəl metodika, pedaqogika sualları var və bunlarla yanaşı 13 mətn tapşırığını həll etmək mümkünsüzdür.

Bu mühüm pozuntudan əlavə, qrammatika suallarının da anlaşılmaz modellər əsasında tərtib olunması narazılıq doğurub. Görünür, yeni ekspertlər öz ağıllarını müəllimlərin üstündə sınağa çəkmək istəyiblər.

Nazirlik bu biabırçılığı bildiyinə görə müəllimlərin haqlı etirazını görməmək üçün əlindən gələni edir", - deyə o qeyd edib.

Qeyd edək ki, iyunun 18-də keçirilmiş Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşdırma imtahanınından kütləvi narazılıqlar var. Bir çox müəllimlər sosial şəbəkədə qeyd edirlər ki, imtahan sualları anlaşılmaz və çətin tərtib olunub. Etirazçı müəllimlər elm və təhsil naziri Emin Əmrullayevdən imtahanların yenidən keçirilməsini tələb edirlər.

Onu da qeyd edək ki, Elm və Təhsil Nazirliyinə yaxın sayılan təhsil ekspertləri imtahandan narazılıq edən müəllimlərin üzərinə kütləvi hücuma keçərək hətta sosial şəbəkə hesablarında onları təhqir etməkdən çəkinmirlər.


Xəbər 331 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +