Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda
Ordumuzun hərbçisi vəfat edib
Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib


20.12.2021  13:17 

“Qara qutu”da qəza barədə nə var? - İctimailəşdiriləcək...





A+  A-

“Helikopterin istismar müddəti 35 ildir. 2020-ci ildə helikopter təmirə göndərilib, 2021-ci ildə sınaq uçuşları keçirilib və təhvil verilib”.

XəzərNews.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, “Qaraheybət” aviasiya poliqonunda helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Sənan Paşayev deyib.

O bildirib ki, helikopterin uçuş müddəti 17 dəqiqə 24 saniyə təşkil edib:

“Uçuşdan öncə hər hansı nasazlıq müəyyən edilməyib. Helikopter enmə əməliyyatını yerinə yetirərkən qəzaya uğrayıb. Hadisənin baş verməsinə 25 saniyə qalmış pilotların küləyin istiqamətini nəzərə almayaraq səhv hərəkətlərinə görə qəza baş verib. Pilotlar hadisədən yayınmağa cəhd etsə də, sürətli enmə və helikopterin quyruğunun yerlə təması qəzanı qaçılmaz edib. “Qara qutu”dakı məlumatların araşdırılması zamanı çəkilən fotoşəkillər də sizə təqdim ediləcək”.

S.Paşayev bildirib ki, təlim günü küləyin sürəti, hava məlumatları öyrənilib:

“İstintaq sənədləri də göstərir ki, həmin gün ərazidə küləyin sürəti saniyədə 16-17 metr təşkil edib. Helikopter səhv axında eniş edərkən qəzaya uğrayıb.

Sadəcə pilotlar küləyə qarşı eniş etməli idilər. Amma pilotlar küləyin axını istiqamətində enmə əməliyyatı etdikləri üçün qəza baş verib. Enmə əməliyyatı əks istiqamətdə olsa idi, qəza baş verməyəcəkdi”.

Xəbər 2790 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +