Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib
Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video


02.11.2021  14:36 

Eyni acıları paylaşırsan?...





A+  A-



Canım mənim,
Səndəmi mənimlə
Eyni acıları paylaşırsan?...
Eyni dərdləri...
Heç zaman gerçəkləşməyəcək
ümidləri...
Gəlməyəcəklərini bilə-bilə
Yolunu gözlədiklərinin həsrətini,
Getməyəcəklərini bilə-bilə
Gündə yüz yol uğurladığın
Qara sevdaların qismətini...
Paylaşırsan...
Sən də...
Mənim kimi...

Sənindəmi
Səhərin dərdlə açılır,
Gecən qəhərlə qapanır?
Ruhun Tanrıya can atır,
Cismin bütlərə tapınır,

Burda...
Sevincin,
Sevginin
Əzabla yoğrulduğu
Balaca adamların məmləkətində...

Burda...
Hər açılan səhər
Günəşlə birgə doğulur
İztirablar.
Yağışla qol-boyun olur
Çarəsizlərin göz yaşları,
Məsum sevgilər qədər
Məsum günahlar...

Burda...
Hər yağan qarla
Üyüyür
Yetim sevdaların
Yalın ayaqları...
Burda hər açılan səhər
Yenidən doğur sonsuz qaranlıqları...
Əbədi ayrılıqları...

Burda...
Analar döşləriylə
Ölümü əmizdirir...
Layla oxuyurlar
Övladlarının son nəfəsinə...

Burda...
nəhəng başdaşları ucalır
Qətlə yetirilmiş arzuların
Xatirəsinə...

Burda...
anaların çiyində gedir
Oğul tabutları...
Burda ünvanına yetişmir
Kirlənməmiş
Sevgi məktubları...

Elçin Mirzəbəyli

Xəbər 4182 dəfə oxunub.




25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +