Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib
Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video


19.08.2020  17:10 

Norveç Rusiya diplomatını ölkədən çıxarır





A+  A-

Vacib məlumatların xarici dövlətə ötürülməsi ilə təqsirləndirilən Novreç vətəndaşının saxlanılmasından sonra onunla əməkdaşlıq etmiş rusiyalı diplomatın Norveçdən çıxarılmasına qərar verilib.
XəzərNews.az xəbər verir ki, bu barədə “NRK TV” Norveç Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“Rusiya səfirinə bildirdik ki, Rusiya səfirliyinin işçisi persona non gratadır və onun Norveçdən çıxması tələb olunacaq. Bu qərar onun statusu və diplomat kimi roluna uyğun olmayan hərəkətlər etdiyinə görə verilib”,- deyə məlumatda qeyd olunub.

Məlumata görə, sözügedən diplomat səfirliyin ticarət şöbəsində işləyib. Ona ölkəni tərk etmək üçün 72 saat vaxt verilib. Norveç XİN qovulan şəxsin adını açıqlamayıb.

Rusiyanın Norveçdəki səfirliyi hadisə ilə bağlı heç bir açıqlama verməyib.

Norveç Polis Təhlükəsizlik Xidməti (PST) bir Norveç vətəndaşının xarici ölkəyə vacib məlumatlar ötürmək şübhəsi ilə saxlanıldığını bildirib. Saxlanılmazdan əvvəl onun Rusiya kəşfiyyat zabiti ilə mütəmadi görüşlər keçirdiyi qeyd olunub. Rusiya kəşfiyyat zabitinin isə diplomatik toxunulmazlığa sahib olduğu, Norveç tərəfinin onu həbs edə bilmədiyi bildirilib.



Xəbər 3314 dəfə oxunub.



25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +