Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib
Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video


05.08.2019  16:32 

Bakıda “avtoş”luq edən ikinci qrup əlil saxlanıldı





A+  A-

Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.
XəzərNews.az xəbər verir ki, Ağdam rayon sakini Əliyev Loğman Ramiz oğluna 99 SP 502 dövlət qeydiyyat nişanlı “İnfiniti FX 35” markalı avtomobillə hərəkətdə olan zaman yol polisləri tərəfindən saxla işarəsi verilib. Amma sürücü nəqliyyat vasitəsini saxlamayaraq hərəkətini davam etdirib. Bu zaman sürücü avtoxuliqanlıq hərəkətləri edərək ictimai qaydanı və əhalinin dincliyini pozaraq dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Sürücü saxlanılan zaman məlum olub ki, o avtomobili idarə etmək hüqüqu olmadan sükan arxasına keçib. Sürücü barəsində Dövlət Yol Polisi Şöbəsində inzibati protokol tərtib edilib və toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə təqdim edilib.

Məhkəmənin qərarına əsasən Loğman Əliyev İnzibati Xətalar Məcəlləsinin 511.1 (avtoxuliqanlıq) və 332.2 (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddələrinə 1 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunub və 500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, avtoxuliqanlıq edən L.Əliyevin ikinci qrup əlil olduğu və etdiyi hərəkətdən səmimi peşmançılıq hissi keçirdiyi nəzərə alınaraq barəsində məhkəmə tərəfindən inzibati qaydada həbs qərarı çıxarılmayıb.

Xəbər 3045 dəfə oxunub.




25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +