Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib
Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video


23.02.2018  10:06 

Bu şəxslər üçün də maaş artımı gözlənilir





A+  A-

2018-ci il başlayandan Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ölkə prezidenti tərəfindən müvafiq addımlar atılır. Sonuncu fərmanlarla təqaüdçülər, şəhid ailələri, əlillər, “20 yanvar” əlilləri, qaçqın və məcburi köçkünlərə verilən müavinətlər artırılıb. Əmək haqlarının aşağı olmasından narazı olan təbəqələrdən biri də dövlət qulluqçularının bəzi kateqoriyalarıdır. Onlar da maaş artımını səbirsizliklə gözləyirlər...
Bəs bu baş verəcəkmi?

XəzərNews.az-ın məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Modern.az-a deyib ki, bu, ölkə prezidentinin səlahiyyətində olan məsələdir:

“Cənab prezident əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün hər il ardıcıl tədbirlər görür. Həmin tədbirlərlə pensiyalar, müavinətlər, əmək haqları artırılır. Artıq il başlayandan bir sıra kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsilə bağlı cənab prezidentin sərəncamları olub. Son günlər şəhid ailələrinin, əlillərin, məcburi köçkünlərin, büdcədən maliyyələşən təşkilatların müavinətlərinin artırılması istiqamətində addımlar atılıb. Bu baxımdan dövlət qulluqçularının da bəzi kateqoriyalarının əmək haqlarının artırılması gündəmdə ola bilər”.

M.Quliyevin sözlərinə görə, prezident hər il sözügedən məsələlərlə bağlı sərəncamlar verdiyindən, bu il də gözləniləndir:

“Amma artırılcaq, artırılacaqsa nə qədər artırılacaq” kimi məsələlər bizim səlahiyyətimizdə deyil. Cənab prezident hər kəsdən yaxşı bilir, ölkədə inflyasiya nə qədər olub, tələbatlar nə qədərdir və s. Əmək haqlarının artırılması üçün balanslaşdırılmış norma seçmək lazımdır. Bu da çox ciddi siyasətdir. Elə şablon şəkildə “əmək haqqı 2 dəfə, 3 dəfə artırılmalıdır” deməklə müsbət nəticəyə nail olmaq olmaz. Bu, yenidən manatın devalvasiyasına, bazarda məhsulların bahalaşmasına gətirib çıxara və tarazlaşmış münasibətləri poza bilər. Cənab prezident özü daha yaxşı bilir ki, nə vaxt, hansı məbləğdə artım gərəklidir. Məqsəd Azərbaycan vətəndaşının sosial müdafiəsini gücləndirməkdir ki, bu da cənab prezidentin siyasətində öncül yerlərdən birini turur”.

Qeyd edək ki, “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” sonuncu sərəncam 2017-ci ilin avqustunda verilib.

Xəbər 5006 dəfə oxunub.




25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +