Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib
Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video


29.01.2018  08:53 

Yaponiyadan Bayıla mütəxəssis çağırıldı





A+  A-

Bayıl yamacında baş verən sürüşməyə səbəb kimi bu əraziə tikinti işlərinin aparılması da göstərilir.
XəzərNews.az xəbər verir ki, bu iddia ilə bağlı Səbail rayon İH-i açıqlama yayıb. Açıqlamada bildirilir ki, mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib.

Müəyyən olunub ki, burada tikilmiş evlərin 89,9 %-i məhz 2000-ci ilə qədər olan dövrün, o cümlədən 25%-i ötən əsrin 60-70-ci illərinin tikililərdir. Son 3 il ərzində isə burada yalniz 4 mövcud tikiliyə əlavələr edilib və hər bir fakt barədə materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub və araşdırılır.

“Bir neçə evi çıxmaq şərti ilə yamacda tikilən fərdi yaşayış evləri 1 gecə ərzində, əsas etibarı ilə aztəminatlı insanlar və məcburi köçkünlər tərəfindən inşa olunmuş, möhkəm özülü, dayağı olmayan, 1 mərtəbəli qeyri-qanuni tikililərdir. Belə tikililərin isə torpağın sürüşməsinə təsiri yox dərəcəsindədir.

Sürüşmə ilə bağlı araşdırmalara cəlb olunmuş xarıcı mütəxəssislərin verdiyi ilkin rəyə görə burada baş verən prosseslər xarici deyil, daxili textonik prosseslər olaraq, aktiv fazanın ilkin hissəsidir. Prosseslərin dərinləşməməsi üçün təkliflər paketi hazırlanaraq dövlət qurumlarına təqdim olunacaq.

Xarici mütəxəssislərin rəyi bəzi qurumların sürüşməyə səbəb kimi burada aparılan tikinti və s. xarici amillərin göstərilməsini iddialarını alt-üst edir. Ərazidə inşa olunmuş tikililərin böyük hissəsinin 1 mərtəbəli və yüngül konstruksiyalı olması, ən yaxın çoxmərtəbəli bina tikintisinin 5-6 km kənarda, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi ilə aparılması xarici amımin təsiri sualını aradan qaldırır”.

İH-dən o da bildirilib ki, ptoblemin səbəbi və həlli ilə bağlı Yaponiyadan seysmoloq dəvət olunub. O, artıq sürüşmə baş verən ərazidə olub və yaxın günlərdə hadisə ilə bağlı rəy hazırlayacaq.

Xəbər 3035 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +