Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib
Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video


24.11.2017  16:43 

Bir ailənin 4 üzvünü vurub qaçan sürücü saxlanıldı





A+  A-

Noyabrın 23-də səhər saat 7 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yolu keçən paytaxt sakinləri Azər Əhmədov, həyat yoldaşı Olqa və iki azyaşlı övladı müəyyən edilməyən avtomobillə vurulub.
XəzərNews.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəzanı törədən sürücü piyadalara heç bir yardım göstərmədən hadisə yerindən qaçıb. Yaralılar digər şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib hazırda vəziyyətləri qənaətbəxşdir.

Qəza barədə Sabunçu Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olan kimi istintaq-əməliyyat qrupu hadisə yerinə çıxıb, müvafiq müayinələr aparılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “VAZ 2107” markalı avtomobillə törədildiyi müəyyən edilib və dərhal görülmüş tədbirlərlə Sabunçu rayonunun Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tofiq Qədirov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim olunub. Onun “VAZ 2107” markalı nəqliyyat vasitəsi evinin həyətindən aşkar edilərək müvəqqəti mühafizə olunan duracağa yerləşdirilib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər 3047 dəfə oxunub.



25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +