Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib
Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video


13.06.2017  12:09 

Lənkəranskidən sonrakı böyük hesablaşma: Silahlar çəkildi





A+  A-

Rövşən Lənkəranskinin ölümündən sonra Türkiyədəki kriminal qruplaşmalar arasında hesablaşma davam edir.
XəzərNews.az cebhe.info-ya istinadən xəbər verir ki, bu günlərdə Türkiyədə 63 yaşlı Tamaz Barkalay "oğru" titulundan məhrum edilib. O, kriminal aləmdə Kotoma Senakskiy kimi tanınır. Bundan əvvəl isə o, gənc "oğru"lar Laşa Bardjqa, Aleko Şoşiya və Enso Batumski tərəfindən döyülüb. Hətta tərəflərin silaha əl atmaq istədikləri də yayılan məlumatlar arasındadır.

Türkiyədəki “oğru” qruplaşması əsasən Gürcüstandan deportasiya edilən şəxslərdən formalaşdırılıb. Eyni zamanda bu qruplaşmanın sırasında Ukrayna və Rusiyada hüquq-mühafizə orqanları ilə problem yaşayan "oğru"lar da qatılıb.

Həmin qruplaşma üzvləri Türkiyəyə yerləşənə qədər isə orda kriminal aləmin “xaç atası” olmağa iddialı Kürd Şakronun tərəfdarları toplaşıb. İki qruplaşma qarşı-qarşıya gəlib. Qruplamalardan birinə Oniani və Temur Cvanqeladze və kürəkəni Temur Şuradze (Şoşiya), ikincisinə isə Ded Xasanın nümayəndəsi Merab Mzarelua və onun kürəkəni Qela Kardava rəhbərlik edib. Rusiya kriminal aləminin "xaç atası" Ded Xasanın ölümündən sonra o zamana qədər tərəfsiz qalanlar Oniani-Cvanqveladze qruplaşmasına qoşulub.

Türkiyədəki qruplaşmalar arasında böyük nüfuza malik olan Rövşən Lənkəranski "oğru"ların müstəqil maliyyləşmə arzusuna son qoyaraq onları öz ətrafında, başqa sözlə desək, öz vəsaiti ətrafında birləşdirib. Ancaq R.Lənkəranskinin ölümündən sonra qruplaşma üzvləri pulsuzluqdan şikayətlənməyə başlayıb. Bu isə qruplaşmaların hətta öz daxilində də qarşıdurmaya yol açıb.

Qocaman "oğru"nun döyülməsi də məhz Türkiyədəki bu qruplaşmalar arasında yaranan qarşıdurmanın nəticəsidir.

Xəbər 3174 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +