Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı
Məhkəmə Fatih Altaylının həbsinə qərar verdi
Yəmən İran və İsrail müharibəsinə qoşulur
Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi


10.02.2025  10:13 

Məşhur klinikanın azərbaycanlı sahibinin qətli qohumu tərəfindən sifariş verilib?





A+  A-

Rusiyanın Moskva şəhərində əslən Azərbaycandan olan qohumlar arasında münaqişə hüquq-mühafizə orqanları çərçivəsində həll ediləcək.

Xəzərnews.az "Unikal"a istinadla xəbər verir ki, Moskvada yerləşən "Çestnaya stomatologiya" klinikasının həkimi Əliyev Kabil Qalib oğlu yaxın qohumu Sabit Əliyevi öldürmək üçün əslən azərbaycanlı olan, Hacıqabul rayon sakini Pənahov Elsevər Pənah oğluna sifariş verib və bunun qarşılığında hətta ona külli miqdarda pul da vəd verib. Ancaq təsadüf nəticəsində sifarişi verilən Sabit Əliyevə bu il yanvarın 3-də məlum olub ki, onu öldürmək istəyirlər.

Belə ki, tanımadığı bir azərbaycanlı yol gedən zaman Sabit Əliyevə yaxınlaşaraq onun qətlinin yaxın qohumu tərəfindən sifariş verildiyini bildirib. Bununla bağlı "Estet" Stomotoloji Klinikalarının baş həkimi olan Sabit Əliyev müəyyən araşdırmalar apardıqdan sonra Preobrazhenski Rayonlararası İstintaq İdarəsinə rəsmi qayda da həyatının təhlükədə olması barədə ərizə verib. Araşdırmalarımız zamanı məlum oldu ki, Kabil Əliyev Sabit Əliyevin klinikalarının daha nüfuzlu olmasına, ora gələn pasiyentlərin çoxluğunu qəbul etmədiyindən ondan qisas almaq niyyətinə düşüb. Hətta bundan öncə də bir neçə dəfə müxtəlif formalarda Sabit Əliyevin nüfuzunu aşağı salmaq üçün müəyyən addımlar atıb, onun klinikasına sifarişlə xəstələr göndərib və sonra həmin müalicə həkimlərindən müəyyən hüquq-mühafizə orqanlarına qondarma şikayətlər yazdırıb.



Kabil Əliyev isə qohumunun onun ölümünü sifariş verməyindən məlumatı olduqdan sonra adıçəkilən rayonda "Parus" restoranın sahibi olan Elsevər Pənahovu yanına çağıraraq vəd verdiyi 30 min dollar pulu ona verib və onun sifarişçi olması barədə hər hansı hüquq-mühafizə orqanına məlumat verməməsini tapşırıb.



Hazırda Sabit Əliyevin ərizəsi əsasında Preobrazhenski İstintaq İdarəsində araşdırmalara başlanılıb.


Xəbər 3474 dəfə oxunub.



22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +