İlham Əliyevin Ağ Evdə Donald Trampla görüşü başlayıb
Bakıda məktəbli qəfil vəfat etdi
“Sülh razılaşması imzalanacaq” - Ağ Ev
“Qaradağ Şüşə Zavodu”nun borcu niyə artır?
Adil Əliyev 5 nəfəri işdən çıxartdı
“92 bal toplamışam, vakant yer tapa bilmirəm
Putin və Tramp gələn həftə görüşə bilər... - Romada
Daha bir məşhur həkimin tibb təhsili yoxdur - İDDİA
Mərkəzdən Hövsana uzanan ölüm çökəkləri
“Sərxoş olub bizə işgəncə verirdilər” – Azərbaycanlı


03.10.2022  12:22 

Transmilli dəstənin daha 49 nəfər üzvü saxlanıldı





A+  A-

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı ölkəyə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik maddələr gətirən, Azərbaycan ərazisindən tranzit kimi istifadə etməklə xaricə narkotik madələr göndərməyə çalışan, onlayn, eləcə də digər üsullarla narkotiklərin satışını təşkil edən transmilli mütəşəkkil dəstənin daha 49 nəfər üzvü saxlanılıb.

XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, həmin şəxslərdən ümumilikdə 66 kiloqram narkotik vasitə və psixotrop maddə, 2300 ədəd psixotrop tərkibli həb, 2 tapança və 1 ədəd tüfəng aşkar edilib.

Daxil olmuş məlumat əsasında həyata keçirilən xüsusi əməliyyatlar zamanı Ümid Əliyevlə Ziyafəddin Həsənov Biləsuvar və Ucar rayonlarında, Mətləb Yusibov, Şirxan Bağırlı, eləcə də Ruqiyyə Əsgərova isə Yasamal, Suraxanı və Abşeron rayonları ərazilərində saxlanılıblar.

Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 50 kiiloqram yüksək təsiredici narkotik maddə heroin, tiryək, marixuana, psixotrop maddə metamfetamin, 1300 ədəd psixotrop tərkibli həb, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri nağd pul vəsaitləri, qanunsuz pul dövriyyəsində istifadə etdikləri plastik kartlar və qeyd dəftərçələri aşkar edilib. Adları çəkilən şəxslər paytaxt Bakı və bölgələrdə narkotikləri əsas tədarükçülərindən olmaqla bərabər xarici ölkələrə də narkotik maddələr göndərməyə çalışıblar.

Bu şəxslərin şəbəkəsinə daxil olan şəxslərin saxlanılması istiqamətində keçirilən əməliyyat tədbirlərinin davamı narkotiklərin intensiv satışını təşkil edən daha 44 nəfər saxlanılıb. Həmin şəxslərdən isə 16 kiloqram müxtəlif növ narkotik vasitə və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

DİN bir daha vətəndaşları narkotiklərdən uzaq durmağa, bu bəla ilə mübarizədə polis əməkdaşları ilə həmrəy olmağa çağırıb.

Xəbər 4864 dəfə oxunub.




08.08.2025  17:25 

Yevlaxda ÜÇ MAŞIN toqquşdu

08.08.2025  16:45 

Bakı-Qazax yolunda təmir gedir

08.08.2025  15:39 

Qardaş bacısını baltaladı

08.08.2025  14:15 

Vardan Arutyunyan saxlanılıb

08.08.2025  12:52 

Novxanı işıqsız qalacaq


BÜTÜN XƏBƏRLƏR +