200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


08.05.2025  16:08 

Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?





A+  A-

Bu gün ABŞ-dan tutmuş Böyük Britaniyaya qədər - dünyanın əksər ölkələrində İkinci Dünya müharibəsinin bitməsi qeyd olunur, rəsmi və qeyri-rəsmi tədbirlər keçirilir, müharibə qurbanlarının xatirəsi anılır.

Bu da təbiidir. Çünki İkinci Dünya müharibəsi keçmiş SSRİ liderlərinin və indiki Rusiya rəhbərinin iddia etdiyi kimi mayın 9-da yox, bir gün əvvəl başa çatıb.

Belə ki, tam məğlubiyyətə uğradıqlarını görən faşist Almaniyasının təmsilçiləri təslim olmaqları barədə sənədə məhz mayın 8-də imza atıblar. Bunu görən Stalin isə Sovet İttifaqının "oyundankənar" vəziyyətdə qalmaması üçün qələbə gününü "oğurlamaq" və özəlləşdirmək" qərarına gəlib. Beləliklə, keçmiş SSRİ-də və digər sosialist ölkələrində mayın 9-nu Qələbə günü kimi qeyd etməyə başlayıblar. Bu isə tarixin təhrif və təhqir edilməsi deməkdir. Axı Putin üçün tarixi təhrif etmək adi məsələdir.

Yeri gəlmişkən, Putin tarixi mövzularda uzun-uzun danışmağı, müsahibə verməyi çox xoşlayır və bu zaman bütün faktları, həqiqətləri Rusiyanın xeyrinə saxtalaşdırır. Deyəsən, bu xüsusiyyət də Putinə məhz ermənilərdən keçib.

Tarixi saxtalaşdıran böyük həyasızlardan biri də Makrondur. Bu adamın Əlcəzairlə, Ermənistanla, Hindistanla, İslam tarixi ilə bağlı çıxışlarına qısa nəzər salmaq kifayət edər ki, onun tarixi gerçəkləri necə utanmazcasına təhrif etdiyini sezə biləsən.

Böyük Fransanın bu cılız liderinin bir digər yaramazlığı isə tarixi həqiqətləri rəsmi Parisin bugünkü siyasi (konyuktur) maraqlarına qurban verməsidir. Makron hətta İkinci Dünya müharibəsinin xatirəsindən də müvəqqəti, keçici siyasi məqsədlər üçün sui-istifadə edir. Məhz bunun nəticəsidir ki, bu gün Parisdə İkinci Dünya müharibəsində Almaniya üzərində qələbənin 80-ci ildönümü münasibətilə keçirilən təntənəli tədbirə demək olar ki, bütün səfirliklər dəvət edilsə də, lakin Azərbaycan səfiri Leyla Abdullayevaya isə, nədənsə, dəvət göndərilməyib.

Makron özünün və rəhbərlik etdiyi dövlətin səviyyəsini, imicini o dərəcədə dibə düşürüb ki, hətta belə bir diplomatik hörmətsizliyə, nəzakətsizliyə yol verməyi də Fransa adına rəva bilir.

Başa düşürük, adam ermənipərəstdir. Daha doğrusu, erməni lobbisinin əlinin-ovcunun içindədir. Lakin Azərbaycan dövlətinə qarşı qəzəbli və incik olduğuna görə səfirimizin Qələbə tədbirinə dəvət edilməməsi artıq açıq-aşkar onu göstərir ki, Makron ümumiyyətlə, heç bir mənəvi dəyərlərə, etik normalara malik deyil. Fransa kimi bir dünya gücünün lideri bu qədər ucuz siyasi hərəkətlərə yol verirsə, deməli, bu adamdan istənilən rəzilliyi gözləmək mümkündür.

Fransanın ünlü yazıçısı Viktor Hüqo bu gün sağ olsaydı, çox güman ki, bu cür mənəviyyatsız siyasət yürütdüyünə görə Makronun üzünə tüpürərdi.

Nədən digər fransız yazarlarının adlarını yox, məhz V.Hüqonun adını çəkdim?

Çünki deyilənlərə görə, Makron V.Hüqonun ən məşhur əsərlərindən biri olan və həm də Paris şəhərinin mənəvi simvollarından biri sayılan "Paris Notr-Dam kilsəsi" romanını çox sevir. Və hətta Makronun Parisdəki eyni adlı kilsəni məhz bu romandan ilham alaraq təmir etdirdiyi bildirilir. Və bundan əlavə, Makron həmin romanı xarici liderlərə hədiyyə verməyi də çox xoşlayır.

Maraqlıdır, bu romanı oxuyan bir lider əslində ən yüksək mənəviyyata sahib olmalıydı. Çünki “Paris-Notr-Dam kilsəsi” romanında insanların günlük yaşam və dəyərləri, inam və ümidləri, xarakterlər və talelər, eyni zamanda, dünya və insan haqqındakı təsəvvürləri, dini inamın zəifləməsi, yüzillər boyu toxunulmaz olan ehkamlara qarşı şübhələr təsvir və təcəssüm olunub. Ancaq Makron isə bu romanın tam antipodudur. O, bu romanda təbliğ olunan dəyərlərə zidd dünyagörüş və düşüncələrə, tamamilə pis xarakteə sahib birisidir.

P.S.
Zənnimcə, səfirimiz Leyla Abdullayeva bundan sonra passivliyin və şablon tədbirlərin daşını atmalı, Azərbaycanı təmsil və təqdim taktikasını dəyişməli, eləcə də Azərbaycanın 2-ci Dünya müharibəsindəki rolu və azərbaycanlıların Fransız Müqavimət Hərəkatındakı iştirakı ilə bağlı Makron və onun komanda üzvləri üçün silsilə mühazirələr təşkil etməlidir. Makronun belə mühazirələrə həqiqətən də çox ciddi ehtiyacı var.

P.P.S.
Parisdəki Səfirliyimiz və Diasporla İş üzrə Dövlət Komitəsi ildə bir dəfə Novruz şənlikləri keçirmək və bir-iki konsert, sərgi təşkil etməklə kifayətlənməyə də son qoymalıdır. Fransız siyasi, mədəni elitası ilə, beyin mərkəzləri ilə, alimlər və yazarlarla, yerli ictimai fəallarla, universitetlərlə, media mənsubları ilə ciddi iş aparılmalı, xalq diplomatiyasının bütün imkanlarından istifadə edilməlidir.

Bəybala Mirzəyev

Xəbər 185 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +