“Suriya üzrə danışıqların növbəti raundu Bakıda keçiriləcək“
Sənədsiz evlərə “kupça” verilməsində YENILIK
Kəşfiyyatçılar Bakıda məlumat toplayırdılar - Casusdan ETİRAF
Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb


22.07.2025  14:40 

Ölkəmiz Almaniyada X Forecast Forumunda təmsil olunub





A+  A-

Berlindəki “Radialsystem” səhnəsində “MughaMutations” layihəsinin təqdimatı olub və böyük maraqla qarşılanıb.

XəzərNews.az bildirir ki, Almaniyanın paytaxtı Berlində müasir bədii konsepsiyaların və fənlərarası eksperimentlərin təqdim olunduğu nüfuzlu beynəlxalq platforma kimi tanınan X Forecast (Proqnoz) Forumu keçirilir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə səs və performans sənətçisi İbrahim Babayev forumda ölkəmizi təmsil edib.



İ.Babayevin qədim muğam irsini müasir media və səhnə sənəti ilə birləşdirən “MughaMutations” layihəsi minlərlə müraciət arasından seçilərək Böyük Britaniyadan vokalçı və performans sənətçisi Elayn Mitçenerin mentorluğu ilə üç finalçıdan biri olub.
Forum çərçivəsində iyulun 19-da Berlindəki “Radialsystem” səhnəsində “MughaMutations” layihəsinin təqdimatı olub və böyük maraqla qarşılanıb.
Qeyd edək ki, layihənin vizual konsepsiyası media sənətçisi Timur Əmirxana, kuratorluğu isə Könül Rəfiyevaya məxsusdur.


Xəbər 186 dəfə oxunub.




22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +