Xırdalanda 4 yaşlı uşaq qızdırmadan öldü
Rusiyada azərbaycanlı biznesmen saxlanıldı
“Suriya üzrə danışıqların növbəti raundu Bakıda keçiriləcək“
Sənədsiz evlərə “kupça” verilməsində YENILIK
Kəşfiyyatçılar Bakıda məlumat toplayırdılar - Casusdan ETİRAF
Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb


17.07.2025  11:55 

Mironov Azərbaycandan və azərbaycanlılardan nə istəyir?





A+  A-

“Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov Rusiyada xarici bayraqların istifadəsinin məhdudlaşdırılmasını təklif edib.

XəzərNews.az xəbər verir ki, Mironovun fikrincə, digər dövlətlərin rəsmi simvollarının nümayişi tez-tez diasporlar tərəfindən yerli əhaliyə qarşı özlərini fərqləndirmək və millətlərarası ədavəti qızışdırmaq məqsədilə istifadə olunur:

“İstənilən şəxs, istənilən yerdə istənilən dövlətin, istər Ukraynanın, istər ABŞ-nin, istərsə də Azərbaycanın bayrağını və ya gerbini asa bilər. Bu, qanunla qadağan olunmayıb. Ancaq bu fürsətdən Rusiyada yaşayıb, ölkə ilə ortaq birliyi hiss etməyən, əvəzində başqa bir ölkə ilə, onun dəyərləri və məqsədləri ilə həmrəyliyini vurğulayan insanlar istifadə edir”.

Qeyd edək ki, Mironov bundan əvvəl Moskvadakı bazarlarda diaspor nümayəndələrinin yoxlanılmasını da təklif etmişdi. O, baş prokuror İqor Krasnova müraciət edərək diasporlar və onlarla əlaqəli strukturların, o cümlədən Moskvanın ən iri bazarları olan "Sadovod" və "Food City"nin yoxlanmasını xahiş etmişdi.

Xəbər 1041 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.07.2025  11:24 

Kəlbəcərdə zabit vəfat etdi

22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +