Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı
Məhkəmə Fatih Altaylının həbsinə qərar verdi
Yəmən İran və İsrail müharibəsinə qoşulur
Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi


01.04.2020  15:42 

Küçəyə səbəbsiz çıxanlar 100 manat cərimə edildi





A+  A-

Bakı polisi və Daxili Qoşunların hərbi qulluqçuları paytaxtda koronavirusun yayılmasının qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrası ilə bağlı reyd keçirib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, paytaxtın Nəsimi, Səbail, Yasamal və digər rayonlarında keçirilən reyd zamanı ictimai yerlərdə gəzən vətəndaşlarla fərdi söhbət aparılıb.

Tibbi əlcək və maska taxmayanlara şifahi xəbərdarlıq edilib. Karantin qaydalarını pozan bir neçə nəfər inzibati formada cərimə edilib.

Reydlər zamanı zərurət olmadan evdən çıxan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilirlər. Bu gün reyd zamanı saxlanılan şəxslərin əksəriyyəti minimum 100 manat məbləğində cərimələnib.

Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində deyilir:

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə olunur.

Xəbər 2691 dəfə oxunub.




22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +