Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı
Məhkəmə Fatih Altaylının həbsinə qərar verdi
Yəmən İran və İsrail müharibəsinə qoşulur
Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi


04.09.2019  16:58 

Ramiz Rövşənə Xalq şairi fəxri adı təqdim edildi





A+  A-

Bu gün ölkə başçısının müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət və ədəbiyyat xadiminə mükafatların təqdim olunması mərasimi keçirilib.
XəzərNews.az xəbər verir ki, Mədəniyyət naziri Əbülfəs Qarayev mərasimdə çıxış edərək ölkəmizdə mədəniyyət və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilməsi ənənəsinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib:

“İnsanın əməyinin qiymətləndirilməsi onun fəaliyyətini stimullaşdırır, yaradıcılıq prosesinə müsbət təsir göstərir. Dövlətimiz yaradıcı insanların işini diqqət mərkəzində saxlayır, əsərlərinin təbliğinə dəstək verir. Ölkə başçısının sərəncamları ilə bu il də görkəmli ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri geniş şəkildə qeyd olunur, adları əbədiləşdirilir, əsərləri çap olunur. Bütün bunlar ölkə rəhbərliyinin mədəniyyətə böyük sevgisinin göstəricisidir”.

Nazir bu gün təltif edilən incəsənət və ədəbiyyat xadimlərinin Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verən insanlar olduğunu qeyd edib.

Sonra Əbülfəs Qarayev dövlət təltiflərini mədəniyyət xadimlərinə təqdim edib, onlara cansağlığı və yaradıcılıq uğurları arzulayıb.

Təltif olunanlar Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin 16 may 2019-cu il tarixli sərəncamı ilə Xalq artisti, tanınmış rəqqasə Roza Cəlilova “Şöhrət” ordeni ilə təltif edilib. Dövlət başçısının 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə şairlər Vahid Əziz, Ramiz Rövşən və Musa Yaqub “Xalq şairi”, yazıçı-dramaturqlar Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsud “Xalq yazıçısı” fəxri adlarına layiq görülüb.

Xəbər 2950 dəfə oxunub.




22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +