Avtobus sürücüsü sükan arxasında siqaret çəkdi
Gömrük Komitəsində otağı su basdı
Qızlarına qarşı əxlaqsızlıq edən ataya AĞIR CƏZA
Müəllimlər etiraza qalxdı - Həmkarlar İttifaqından kütləvi narazılıq
Maşın skuter sürən azyaşlını vurub öldürdü
Bacısını döyən yeznəsini baltaladı
“Sədərək”də yanğın oldu
Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi
Masazırda yol çökdü
41 bağça müdirinin işinə son verilib


30.07.2025  14:20 

“Melissa Park“dan daha bir NARAZILIQ





A+  A-

"Melissa Group" tikinti şirkəti ilə bağlı redaksiyamıza şikayət daxil olub.

XəzərNews.az xəbər verir ki, şikayətçi Elnurə Novruzəli qızı Yusubova Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən tikinti şirkətindən aldığı mənzildə problemlər ortaya çıxıb.

O, sözlərinə belə başlayıb:

"2023-cü ilin avqust ayında "Melissa Park"ın G binası, 3-cü blok, 2-ci mərtəbəsindən mənzil aldım. Rəsmi sənədləşmə 5 avqustda, təhvil-təslim aktı isə 18 sentyabrda icra olundu. Həmin gündən indiyə qədər mənzildə yaşamaq davamlı stres və narahatlıqdan ibarət olub. Mənzildə ilk gündən müxtəlif texniki qüsurlar və konstruktiv çatlar aşkarlandı. Dəfələrlə komendantlığa və şirkətin nümayəndələrinə müraciət etmişəm. Problemlər yalnız müvəqqəti şəkildə aradan qaldırılıb, əsaslı tədbir görülməyib".

O, mənzil-tikinti korporativinin (MTK) əməkdaşlarının da narazı olduğunu dilə gətirib:

"MTK əməkdaşları özləri də deyirlər ki, ağlı olan bu binada ev almaz, keyfiyyətsiz tikilib. Üstəlik, qeyd edirlər ki, maaşları verilmir".


Şikayətçinin sözlərinə görə, mənzildəki çatların artması narahatlığı dərinləşdirir:

"Rəhbərliklə aparılan danışıqlarda ya zəmanətsiz təmir, ya da 1 700 manat kompensasiya qarşılığında mənzili öz hesabına təmir etməyim təklif olunub. Şikayət edəcəyim halda isə qeyri-rəsmi təhdidlər və hüquqi məsuliyyətlə hədələnmişəm".

"Bir qadın, ana və gözdən əlil biri kimi bu biganəliyə artıq səssiz qala bilmirəm. Mənim yeganə istəyim sağlam və təhlükəsiz bir evdə yaşamaqdır", - deyə Elnurə Yusubova fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Xəbər 239 dəfə oxunub.




30.07.2025  18:20 

“Sədərək”də yanğın oldu

30.07.2025  16:42 

Masazırda yol çökdü

30.07.2025  15:53 

Prezident 10,5 milyon manat ayırdı

30.07.2025  12:42 

Şıxlinskinin oğlu həbsdə qaldı


BÜTÜN XƏBƏRLƏR +