“KFC” müştərilərə yararsız toyuq ətindən hazırlanmış məhsul verir?
Avtobus sürücüsü sükan arxasında siqaret çəkdi
Gömrük Komitəsində otağı su basdı
Qızlarına qarşı əxlaqsızlıq edən ataya AĞIR CƏZA
Müəllimlər etiraza qalxdı - Həmkarlar İttifaqından kütləvi narazılıq
Maşın skuter sürən azyaşlını vurub öldürdü
Bacısını döyən yeznəsini baltaladı
“Sədərək”də yanğın oldu
Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi
Masazırda yol çökdü


30.07.2025  11:17 

“Montin”dəki qanunsuz parkinq ləğv edildi





A+  A-

Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsində (“Montin” adlanan ərazi) səkinin hesabına yaradılan qanunsuz parkinq ləğv edilib.

XəzərNews.az Qafqazinfo-ya istinadla xəbər verir ki, ərazidə dağıdılmış səki bərpa olunub, çoxillik ağaclar diblərinə tökülmüş asfaltdan təmizlənib.

Qeyd edək ki, piyada səkisini qanunsuz parkinqə çevirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “Bakı 4 N-li Yol İstismarı” MMC-nin rəhbərliyi cəzalandırılıb.

MMC tərəfindən baş idarəyə məlumat verilmədən və müvafiq razılaşdırmalar olmadan işlərin aparıldığı “Şirvanşah Residence”nin qarşısında vurulmuş ziyanın aradan qaldırılması məqsədilə dağıdılmış səki hissəsinin qısa müddətdə bərpa olunması tapşırılıb və tələb olunan xərclərin məsul şəxslərin aylıq əməkhaqqılarından tutulması qərara alınıb.

Ərazidən lentə alınan fotoları təqdim edirik:




Xəbər 94 dəfə oxunub.




30.07.2025  18:20 

“Sədərək”də yanğın oldu

30.07.2025  16:42 

Masazırda yol çökdü

30.07.2025  15:53 

Prezident 10,5 milyon manat ayırdı

30.07.2025  12:42 

Şıxlinskinin oğlu həbsdə qaldı


BÜTÜN XƏBƏRLƏR +