“KFC” müştərilərə yararsız toyuq ətindən hazırlanmış məhsul verir?
Avtobus sürücüsü sükan arxasında siqaret çəkdi
Gömrük Komitəsində otağı su basdı
Qızlarına qarşı əxlaqsızlıq edən ataya AĞIR CƏZA
Müəllimlər etiraza qalxdı - Həmkarlar İttifaqından kütləvi narazılıq
Maşın skuter sürən azyaşlını vurub öldürdü
Bacısını döyən yeznəsini baltaladı
“Sədərək”də yanğın oldu
Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi
Masazırda yol çökdü


30.07.2025  10:49 

Polşada azərbaycanlı tələbəyə HÜCUM: “Səfirliyə zəng etdim, heç kim cavab vermədi“





A+  A-

"Bir neçə saat əvvəl Polşanın Varşava şəhərində, evimdən təxminən 500 metr məsafədə durduğumuz yerdə 10-15 nəfərlik irqçi bir qrup qəfil üstümüzə gəlib bibər qazı sıxdı. Hadisə zamanı gözümüzü aça bilmədik, nəfəs almaqda çətinlik çəkdik. Hücum edən şəxslər hadisədən sonra qaçıb getdilər. Daha sonra polis və təcili yardım gəldi".

XəzərNews.az Oxu.Az-a istinadla xəbər verir ki, bunu Polşada yaşayan azərbaycanlı tələbə İbrahim Talışınski sosial şəbəkədə paylaşıb.

Onun sözlərinə görə, ambulans əməkdaşları onları xəstəxanaya aparmayıb və səbəb olaraq bildiriblər ki, bibər qazı hücumuna görə yalnız ilkin tibbi yardım göstərirlər:

"Bir qədər özümüzə gəldikdən sonra Türkiyə vətəndaşı olan dostum dərhal ölkəsinin səfirliyinə zəng etdi və cavab aldı. Ardınca ümumdünya Türkiyə vətəndaşları üçün olan qaynar xətti yığdı və oradan da dərhal cavab verildi. Təxminən 10 dəqiqədən sonra yanımızdakı polisə zəng gəldi və bizimlə qışqıra-qışqıra danışan polislər həddindən artıq sakitləşdilər. Sanki vəziyyəti ört-basdır etmək istəyirdilər".

"Təbii ki, polşalılarla bağlı şikayətləri müvafiq qurumlara bildirəcəyik. Amma mənim əsas şikayətim Azərbaycandakı qurumlarla bağlıdır. Mən 22 yaşlı tələbəyəm və belə ciddi bir hadisə yaşamağıma baxmayaraq, cavab verməyəcəyini hələ zəng etməmişdən əvvəl bildiyim, amma yenə də bir ümidlə Polşadakı Azərbaycan səfirliyinə zəng etdim. Lakin heç kim cavab vermədi. Dedim bəlkə bizdə də "ümumdünya azərbaycanlıları üçün bir qaynar xətt" var. İnternetdə axtardım, yalnız Azərbaycan nömrəsi qeyd olunmuşdu. Əziyyət çəkib "roaming" açdım, zəng etdim, yenə də cavab verən olmadı", - deyə şikayətçi bildirib.

Zərərçəkən bu hadisədən sonra ciddi sağlamlıq problemi yaşadığını qeyd edib:

"Xəstəxanada mənə bildirdilər ki, yeddi faiz görmə qabiliyyətini birdəfəlik itirmişəm".

Xəbər 289 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.07.2025  18:20 

“Sədərək”də yanğın oldu

30.07.2025  16:42 

Masazırda yol çökdü

30.07.2025  15:53 

Prezident 10,5 milyon manat ayırdı

30.07.2025  12:42 

Şıxlinskinin oğlu həbsdə qaldı


BÜTÜN XƏBƏRLƏR +