Rusiyada Azərbaycanın mədəni tədbirləri ləğv olundu
Mingəçevir, Zaqatala və Xaçmaza prokurorlar təyin edilib
İki evdən 30 min dollar və 57 min manat oğurlandı
Yararsız heyvan cəmdəyi aşkarlandı
Hərbi Prokurorluğda daha bir kadr islahatı aparılıb
Arı ailələrinə zəhərli maddələr verilib? - Video
Azərbaycanın ABŞ-ın təklifinə cavabı necə olacaq?
Prezident Ərdoğana başsağlığı verib
İbrahim Tatlısəs dostunu ifşa etdi
Ukrayna PUA-ları Voronej və bölgəyə zərbələr endirib


14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...





A+  A-

Son zamanlar Rusiya ilə Azərbaycan arasında yaşanan gərginlik davam edir.

XəzərNews.az xəbər verir ki, Gununsesi.info–nun Rusiyadakı mənbələrə istinadən verdiyi xəbərə görə, bu ölkənin hüquq-mühafizə orqanları azərbaycanlıların kompakt çalışdığı ayrı-ayrı bazarlara reydlər keçirir. Bu reydlər zamanı yüzlərlə azərbaycanlı polis bölmələrinə aparılır.

Məlumata görə, Moskvanın ən böyük ticarət mərkəzlərindən biri olan “Food City”yə belə basqın gözlənilir.

Adıçəkilən bazarda çalışan şəxslərin saytımıza verdiyi məlumata görə, bazar administrasiyası tərəfindən onlara bu barədə xəbərdarlıq edilib.

Xəbərdarlıqda bildirilir ki, sənədləri qaydasında olmayan şəxslər bir müddət bazara daxil olmasın.

Soydaşlarımızın sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlanandan sonra bu ölkənin ordusuna dəstək məqsədiylə “Food City”də pulyığma kampaniyası keçirilib.

“Bazarın əsas sahibi olan Qod Nisanovun təşəbbüsü ilə gerçəkləşən bu kampaniya zamanı rus ordusuna milyonlarla vəsait köçürülüb. Pulun əsas hissəsi Qod Nisanovun olsa da bazarda çalışan minlərlə azərbaycanlı olaraq biz də bu təşəbbüsə qoşulduq” deyə soydaşlarımız əlavə edib.

Son proseslərdən narahat olan azərbaycanlılar bazarın sahibi olan Qod Nisanov və İlham Rəhimovdan kömək gözlədiklərini deyib.

Xəbər 324 dəfə oxunub.




15.07.2025  10:00 

Samuxda zəlzələ baş verib

14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...


BÜTÜN XƏBƏRLƏR +