Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


07.05.2025  13:40 

11 yaşlı qızı öpən Hacı Salmana iş verildi





A+  A-

Abşeron Rayon Məhkəməsində yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər etmiş ilahiyyatçı Hacı Salman Kamiloğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmə ilahiyyatçını Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə təqsirli bilib.

Məhkəmədə ifadə verən Hacı Salman azyaşlıya qarşı heç bir pis niyyətinin olmadığını, ona qarşı seksual zorakılıq etmədiyini deyib və buna dair ekspertiza rəyi olduğunu bildirib. Lakin məhkəmədə onun ibtidai istintaqa verdiyi etirafedici ifadə elan edilib. Həmin ifadədə Hacı Salman küçədə gördüyü 11 yaşlı qıza qarşı hisslərinin oyandığını və onun yanağından öpdüyünü, kənara çəkərək digər hərəkətlər etdiyini deyib.

Məhkəmənin hökmü ilə 1988-ci il təvəllüdlü Hacı Salman Kamiloğluna 3 il 9 ay həbs cəzası verilib.

Qeyd edək ki, hadisə ötən il iyunun 22-də saat 19 radələrində Abşeron rayon Masazır qəsəbəsi ərazisində baş verib. İttihama görə, Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb. Növbəti gün Hacı Salman həbs edilib./Qafqazinfo

Xəbər 601 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +