Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı
Məhkəmə Fatih Altaylının həbsinə qərar verdi
Yəmən İran və İsrail müharibəsinə qoşulur
Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi


11.05.2024  17:27 

Mövlam Şıxəliyev özünü və əmlaklarını xilas edə bilmədi





A+  A-

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev özünü və əmlakını xilas edə bilməyib.

Xəzərnews.az Qaynarinfo-ya istinadla xəbər verir ki, keçmiş rəisin Ali Məhkəməyə kassasiya şikayəti təmin olunmayıb. Hakim Nazim Mövsümovun sədrliyi keçirilən prosesdə Mövlam Şıxəliyev barəsində çıxarılmış hökm qüvvədə saxlanılıb.

Mövlam Şıxəliyev və digərləri kassasiya şikayətlərində onlara bəraət verilməsini və müsadirə olunmuş əmlkalarının geri qaytarılmasını istəyirdi.

Xüsusilə, Mövlam Şıxəliyev ən pis halda əmlakları barədə qərarın ləğvinə çalışırdı. Hətta onun ailə üzvləri də bununla bağlı ayrıca iddia qaldırmışdı. Bu prosesin nəticəsi hələ ki, bəlli deyil.

Mövlam Şıxəliyev, İstintaq Baş İdarəsinin keçmiş şöbə rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələr ilə təqsirli bilinib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il, Vüsal Ələkbərov 12 il 6 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il müddətinə azadlıqdan məhrum olunub. Mövlam Şıxəliyev və ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar müsadirə edilib.


Xəbər 6262 dəfə oxunub.




22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +