Doğum evində üçəm doğuldu, baxımsızlıqdan tələf oldu
Yuxusuna mane olan körpəsini öldürdü
Ukraynanın yeni baş naziri təsdiqləndi
Gömrükdə rəhbərlər dəyişsə də, üslub dəyişməyib
Sabir Rüstəmxanlının kitabı Sarayevoda nəşr olundu
Prezident Berdiməhəmmədova Qarabağ atı hədiyyə edib
Kamran Əliyev iki xanım prokurora yeni vəzifə verdi
Əliyev və Berdiməhəmmədov Şuşada - Foto
Kanalda batan çempionun meyiti tapıldı
Sabah 41 dərəcə isti olacaq


17.07.2025  17:22 

Samir Nuriyev BƏƏ-nin nümayəndə heyəti ilə görüşdü





A+  A-

Bu gün Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd Obeyd Abuşibsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

XəzərNews.az xəbər verir ki, görüşdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlərin cari vəziyyətindən məmnunluq ifadə olunub.

Bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə son səfərinin və hər iki ölkənin dövlət başçılarının iştirakı ilə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı xüsusilə vurğulanıb.

Son illər Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadiyyat, nəqliyyat, enerji, mədəniyyət sahələrində və digər sahələrdə münasibətlərin davamlı və dinamik inkişaf etdiyi vurğulanıb. BƏƏ şirkətlərinin Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələrində istifadə sahəsində bir sıra uğurlu layihələr icra etdiyi bildirilib.

Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin sürətlə davam etdiyi diqqətə çatdırılıb. Görülmüş işlərin nəticəsi olaraq artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmağa başladıqları bildirilib. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə göstərdiyi maliyyə dəstəyinə görə BƏƏ-yə təşəkkür ifadə edilib.

Həmçinin Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının və Birləşmiş Ərəb Əmirliklərinin Hesablama Qurumunun fəaliyyəti, korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər, institusional islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində hesabatlılığın və məsuliyyətin artırılması istiqamətində görülən tədbirlər və həmin sahələr üzrə ikitərəfli və beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.




Xəbər 54 dəfə oxunub.




17.07.2025  12:33 

Sabah 41 dərəcə isti olacaq

17.07.2025  11:35 

Suriya qüvvələri geri çəkildi

17.07.2025  11:32 

Liderlər Füzulidədir


BÜTÜN XƏBƏRLƏR +