İlham Əliyevin Ağ Evdə Donald Trampla görüşü başlayıb
Bakıda məktəbli qəfil vəfat etdi
“Sülh razılaşması imzalanacaq” - Ağ Ev
“Qaradağ Şüşə Zavodu”nun borcu niyə artır?
Adil Əliyev 5 nəfəri işdən çıxartdı
“92 bal toplamışam, vakant yer tapa bilmirəm
Putin və Tramp gələn həftə görüşə bilər... - Romada
Daha bir məşhur həkimin tibb təhsili yoxdur - İDDİA
Mərkəzdən Hövsana uzanan ölüm çökəkləri
“Sərxoş olub bizə işgəncə verirdilər” – Azərbaycanlı


17.10.2017  16:17 

“Cinsi azlıq virusunu Azərbaycanda yaymaq istəyirlər” - Fazil Mustafa





A+  A-

"Avropa rəsmiləri götürüb Azərbaycanın Daxili İşlər nazirinə məktub yazıblar ki, bəs Azərbaycanda niyə cinsi azlıqlara "gözün üstə qaşın var" deyirsiniz. Hömətli nazirimiz Ramil Usubov da mədəni formada bu müraciətə haqlı cavab verib ki, cinsi azlıq olmaq, hüquq pozuntusuna yol vermək üçün xüsusi imtiyaz yaratmır. Adamlar konkret olaraq yoluxucu xəstəliklər yayırlar və buna görə də inzibati məsuliyyətə cəlb olunublar. Fikrimcə, Azərbaycan polisinin bu addımı yerində, doğru və cəmiyyətin dəstəklədiyi bir addımdır”.
XəzərNews.az xəbər veri ki, bu sözləri millət vəkili Fazil Mustafa Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Mujnieksin Azərbaycanın Bakıda cinsi azlıq nümayəndələrinin saxlanılması ilə bağlı məlumatların təqdim edilməsi barədə müraciətinə Ramil Usubovun cavabına münasibət bildirərkən qeyd edib. O bildirib ki, bu cür insanlar lokallaşdırılmalıdır: "Mən insan haqlarından da, dindən də, siyasətdən də az-çox başı çıxan adamam, düşünürəm ki, xəstə insanlardır, Allah normal insani keyfiyyətləri bu kateqoriyadan olanlara nəsib etməyib, Yaradanın yaratdığına qarşı bizlərin də mərhəmətli olması vacibdir. Ancaq cəmiyyət əxlaqı deyilən bir şey var, bu cür təzahürlər mütləq lokallaşdırılmalıdır ki, insanların ümumi əxlaq prinsiplərini zədələməsin. İnkişaf etmiş ölkələrdə fahişəliyin məkan olaraq lokallaşdırılması və xüsusi yerlərdə lisenziya vasitəsilə mümkünlüyünün nəzərdə tutulması səbəbsiz deyil. Onsuz da istəsən də, istəməsən də cinsi azlıqlar, fahişələr, narkomanlar, alkoqoliklər həm qədim dünyanın, həm də müasir dünyanın reallıqlarıdır, həmişə olmuş və olacaqdır. Ancaq bu təzahürlərin cəmiyyət çoxluğuna təzyiq və təsir göstərməsinə, öz həyat tərzini bu və ya digər vasitələrlə cəmiyyətə sırımasına biganə yanaşmaq olmaz. Ona görə də bu kateqoriyadan olan insanlar üçün xüsusi lisenziyalaşdırılmış yerlərin müəyyən olunması, marjinallaşması üçün addımlar atılmalıdır. Dövlət nəzarəti öz üzərinə götürür, vergisini alır, bu kateqoriyadan olan insanlar, icmalar müəyyən olunmuş məkanlardan kənarda öz vərdişlərini nümayiş etdirməyə çalışarlarsa, o zaman qanunda nəzərdə tutulan sərt tədbirlər görülür”.

Deputat hesab edir ki, bu "virus”u Azərbaycanda yaymaq istəyirlər: "Sirr deyil ki, bu gün ABŞ və Avropada cinsi azlıqların müxtəlif növləri hakimiyyət olumpində rahatlıqla ön mövqelərə çəkilirlər. Maraqlıdır ki, bizim kimi ölkələrdə bu kateqoriyadan olan insanların tədric olunmuş vəziyyətdə yaşamasındansa, ABŞ və Avropa ölkələri onların dinc şəraitdə öz arzularını gerçəkləşdirməsi üçün sığınacaq verib xüsusi imtiyazlı vətəndaşlar kimi yağ-bal içində yaşada bilər. Bunu etmirlərsə, deməli məqsəd birdir: bu virusu bizim cəmiyyətə yaymaq, ailə dəyərlərini alt-üst etmək, tolerantlıq adı ilə əxlaqsılığa dözümlü bir cəmiyyət formalaşdırmaq. Bəzi dövlət postlarında, sənət məkanında, biznes mühitində, dindar çevrəsində bu tipli insanları dəstəkləyərək onların mövcudluğunu adiləşdirmək, normal bir təzahür kimi göstərmək, bizim üçün daha faydalı olan əksər Qərb dəyərlərinin də mənimsənilməsinə qarşı olanlar üçün də əlverişli arqument yaratmış olur. Ona görə də bu problemə sanki Daxili İşlər Nazirliyinə aid məsələ kimi baxaraq cəmiyyətin düşünən insanlarının yaxasını kənara çəkməsi yanlış yoldur. Bu problemlə bağlı dəqiq hüquqi tənzimləmələr olmazsa, ciddi narahatedici hadisələrin gələcəkdə də yaşınması qaçınılmaz olacaq”.

Xəbər 2974 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.08.2025  17:25 

Yevlaxda ÜÇ MAŞIN toqquşdu

08.08.2025  16:45 

Bakı-Qazax yolunda təmir gedir

08.08.2025  15:39 

Qardaş bacısını baltaladı

08.08.2025  14:15 

Vardan Arutyunyan saxlanılıb

08.08.2025  12:52 

Novxanı işıqsız qalacaq


BÜTÜN XƏBƏRLƏR +