Cəlilabadda meşə yanır
Rusiyada Azərbaycanın mədəni tədbirləri ləğv olundu
Mingəçevir, Zaqatala və Xaçmaza prokurorlar təyin edilib
İki evdən 30 min dollar və 57 min manat oğurlandı
Yararsız heyvan cəmdəyi aşkarlandı
Hərbi Prokurorluğda daha bir kadr islahatı aparılıb
Arı ailələrinə zəhərli maddələr verilib? - Video
Azərbaycanın ABŞ-ın təklifinə cavabı necə olacaq?
Prezident Ərdoğana başsağlığı verib
İbrahim Tatlısəs dostunu ifşa etdi


30.07.2022  15:33 

Qısası, mövcud durum heç də xoşagələn deyil...





A+  A-

Jurnalistikanın missiyası məlumatlandırmaqdır. Bir vaxtlar maarifləndirmək də deyirdilər, amma artıq kimsə maariflənmək istəmir. Heç məsləhət də istəyən yoxdur. Bu səbəbdən də indi məlumat verməklə kifayətlənməliyik.

Lakin deyəsən, Dövlət Baba bir az fərqli mövqedədir. Deyir ki, məlumatlandır, bilgiləndir, amma dövlətin dediyi kimi. Əslində, elə indi hamı dövlətin dediyi kimi işləyir. Nə olar? Öz dövlətimizdir də…

Məsələ odur ki, biz bizdən nə istənildiyini bilmirik, ya da bizə yaxşı anlatmırlar. Şəxsən mən mənə barmaq silkələyən kimsəni sevmərəm, hətta Dövlət Babam olsa belə. Çünki barmaq silkələnəcək hərəkət edən deyiləm, etmərəm də. Bu səs-küy də məncə elə bu səbəbdəndir. Barmağı heç kim sevmir. Bəlkə daha uyğun, daha yumşaq, daha səmimi yol tapaq.

Bu ölkədə əli qələm, dili söz tutanların deyərdim hamısı bu dövləti, bu milləti, bu vətəni çox sevir. Sevməyən yoxdurmu, əlbəttə olmamış deyil.

Amma yenə nəsə bir orta yol tapmaq lazımdır. Qurunun oduna yaşı yandırmaq, həqiqi sevənin, ədalətin, haqqın yanında olanları gözümçıxdıya salmaq da bir iş deyil.

Bir dəfə Dövlət ərkanından biri mənə dövlətçilik dərsi keçməyə cəhd elədi. Oturduğu kürsünün verdiyi gücə arxalanaraq üstümə gəlirdi. Dedim, içi sən qarışıq bu binada dövlətini, millətini məndən çox sevən olmaz. Kimi nədə ittiham etdiyinizə diqqət et.

Mən bu millət, bu dövlət, bu vətən uğruna can vermişəm, o canın, qanın hesabına dik duran dövlət hər kəsdən çox mənimdir.

Mənim olanı məndən çoxmu sevəcəksiz?

Biz bəziləri kimi dövlətin gücündən güc almırıq, gücümüzün mənbəyi sevgimizin dərinliyindədir.

Qısası, mövcud durum heç də xoşagələn deyil. Ağzımızı güdənlər də bilsinlər ki, bizim narazılığımız, sitəmimiz sevgimizdəndir. Biz Dövlət Babamıza sitəm edərik, amma əsla asi düşmərik.

P.S. Bəlkə də bizim bilmədiyimiz məsələlər var, bəlkə də ən doğru yol elə budur. Amma bəlkə…

Zaur Əhməd

Xəbər 3137 dəfə oxunub.




15.07.2025  14:10 

Cəlilabadda meşə yanır

15.07.2025  10:00 

Samuxda zəlzələ baş verib

14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...


BÜTÜN XƏBƏRLƏR +