Şirkətimin ofisində heç bir axtarış aparılmayıb - iş adamı
“Oleq Bakinski”yə HÖKM OXUNDU
Abşeronda yanğın oldu - Video
Allahverdi Yolçuyevin küçələrdə corab satması... - Açıqlama
Əsirlikdə işgəncələrə məruz qaldım - Məhkəmə
Pirşağı çimərliyində ölüm çuxurlarını kim qazdırır?
Sənəti küçəyə atılan məşhurlar...
Binanın altına vurulan beton yolu SIRADAN ÇIXARDI
Binəqədidə yaşayış binasını birə basdı
Sabah 40 dərəcə isti olacaq


25.07.2025  11:47 

Türkiyəli soydaşlarımıza İran-Azərbaycan münasibətləri ilə bağlı müraciət - TAM MƏTN





A+  A-

Əvvəl də sizlərə bir neçə dəfə İran-Azərbaycan münasibətləri barədə müraciət etmişəm. Vəziyyətdə dəyişiklik olmayıb. İranın Azərbaycan Respublikası barədə mövqeyini asanlıqla dəyişməsi mümkün deyil. Əsas İranın mövqeyinə təsir edə biləcək qüvvələrdən biri sizsiniz. Çünki Türkiyə və Azərbaycana qarşı apardığı mübarizədə İran həm də sizlərə müəyyən qədər ümid edir. İran-Türkiyə arasında olan münasibətlər ayrı, Türkiyədə yaşayan azərbaycanlıları, şiələri, cəfəriləri, ələviləri və kürdlərin bir qismini Azərbaycan Respublikasının üzərinə qaldırmaq tamam ayrıdır. Vəziyyət getdikcə daha da gərginləşir.

İran əvvəlcə müəyyən saxta, feyk məlumat əsasında Azərbaycana şər-böhtan atırdısa, indi şayiələrlə işləyir. İranın Azərbaycanla sərhəddə hərbi qüvvələr saxlaması Zəngəzur koridoru mövzusunda Ermənistana kömək etmək məqsədi daşıyır. Zəngəzur koridorunda kimin hansı siyasət aparmasından asılı olmayaraq İran üçün günahkar Türkiyə və Azərbaycandır.

Türkiyə böyük dövlətdir. Türkiyə ilə sərhədinə qoşun yığa bilmir, Azərbaycanla sərhədə İran qoşun yığa bilir. İsrail Tehranda və İranın digər iri şəhərlərində “at oynadır”, PUA zavodları tikib, İranın içində PUA zavodlarının məhsullarının paylama məntəqələri yaradıb. İki minə yaxın adam İsrailə casusluqda ittiham olunur. Özünə qardaş bildiyi Hindistanın İran ərazisindəki bütün şirkətləri İsrailə casusluq edirmiş. 600 minə yaxın əfqan miqrantlarının böyük əksəriyyətini qovub, onlar da İsrailə casusluq edirmiş.

Bunları görməyən İran birdən-birə Azərbaycanla sərhəd qırağı ərazidə hansısa bir sadə vətəndaşın gözü ilə görür ki, İsrailin PUA-ları, qırıcıları Azərbaycanda yanacağı doldurdu və İranın ərazisinə keçdi, bombaladı, geri qayıtdı. Sərhəddə 40 min SEPAH-çı olmaqla 100 minlik İranın ordusu var və İranın o ordusu da Azərbaycan-İran sərhədini keçən PUA, qırıcı təyyarəni görmür. İRİB və digər agentliklər gəlib, İran-Azərbaycan sərhədlərində yaşayan kəndliləri çox böyük görücülük qabiliyyətində olan adamlar kimi təsvir etdilər. Əslində bütün bunların hamısı birbaşa İranın ali rəhbərinin ofisindən Azərbaycan üçün yaradılan təhlükələrdir.

İran Azərbaycana qarşı hərbi əməliyyatlar reallaşdırmağa başlayır. İran Zəngəzur koridoru ilə ABŞ-nin məşğul olduğunu bilir, ABŞ-nin adını tuta bilmir. Azərbaycanı, əksərən də Türkiyəni günahlandırır. İran üçün indi Orta marşrutu, TRASEKA, Bakı-Tbilisi-Qars və s. artıq İrana təhlükə yaradan layihələrdir. Bu 3-4 layihənin müəllifi və əsas həlqəsi Azərbaycandır. SOCAR (ARDNŞ) Aralıq dənizində, İraq Kürdüstanında və Suriyada işləmək təklifini rəsmən alıb. Hazırlığı da yüksək səfiyyədədir. Koalisiyası var və onu genişlədirməklə məşğuldur. İran buna dözə bilmir.

Əziz soydaşlar!

Bütün bu deyilənlərin hamısı polemika, müzakirə yarada bilər. Sizin İranı tanımağınız üçün bir neçə fakt ortalığa qoymaq fikrindəyəm. Biz sizin içərinizdə kimlərinsə İranın maliyyə və s. dəstəyinə ehtiyacının olacağına şübhəmiz yoxdur. Burada heç bir qəbahət də görmürük. İranın sözü ilə Azərbaycanın üstünə gəlməyi və Türkiyədə müəyyən proseslərdə iştirak etməyi qeyri-məqbul hesab edirik.

İranı tanımaq üçün onun Xocalı soyqırımı ilə bağlı mövqeyini öyrənin. Son 15 ildə ABŞ-nin 23 ştatı Xocalı faciəsini soyqırım kimi tanıyıb. Əlbəttə, bunlar hüquqi gücə malik akt deyil. İranın bir dənə də olsun ostanı isə günümüzün soyqırımını tanımayıb. İranın daxilində “Xocalı soyqırımı” terminini işlətmək mümkün deyil. Bu gün “Gündəm Fələstin”, “Yaxından Türkiyə” orta səviyyəli verilişlərdir. Xocalı soyqırımı mövzusunu İrandan soruşun, mətbuatınızda bu mövzunu aktuallaşdırın. Hər il Azərbaycanda 26 fevral ərəfəsində Xocalı soyqırımı mövzusunda tədbirlər keçirilir. Dövlətin keçirdiyi tədbirlər bir ayrı, bizim bəzi QHT-lər, mətbu orqanları ölkəmizin daxilində və xaricində də belə tədbirlər keçiriblər. Qərb ölkələrində də az da olsa keçirilib. Qars, Iğdır və İstanbulda keçirilən tədbirlərdə bəziləriniz hətta iştirak etmisiniz. İran ərazisində belə tədbirin keçirilməsinə cəhd olunub. Qarabağ Azadlıq Təşkilatı Xocalı soyqırımı adı ilə tədbir keçirmək istəyib, İranın daxilinə çatan kimi Xocalı soyqırımı terminini siliblər. Sildirən Ərdəbilin imamcüməsi, Ayətullah Seyid Həsən Amili olub. İndi Tehranda da eynilə bu vəziyyətdir.

Sizlər İranın ali rəhbərinin ofisinə, Prezident Aparatına, XİN-ə Xocalı soyqırımı mövzusunda müraciət etməlisiniz. İran XİN yaxında bağlı bəyanat yayır ki, Srebrenitsa soyqırımının qarşısı alınsaydı, Qəzza faciəsi də olmazdı. Srebrenitsanın başladığı dövrdə Xocalı soyqırımı da olmuşdu. İran o zaman Xocalı soyqırımının qatillərini elə cəzalandıra bilərdi ki, dünyada heç kəs bir müsəlmana “gözünün üstündə qaşın var” deyə bilməzdi. İran nəinki bunu etmədi, əksinə Xocalı soyqırımını törədənlərə təxminən 30 il ərzində 3 milyard dollara yaxın yardım göstərdi.

İran bu gün ekspertlərin dili ilə Azərbaycanın aktiv siyasətindən narahatdır. Guya Azərbaycan Qətər olmaq istəyir. Qərbə, Mərkəzi Asiya regionuna, Qərbi Asiyaya baxırsan, Azərbaycan görünür. Kiçik, varlı dövlət və beynəlxalq əlaqələrdə çox aktiv rol oynamaq istəyir. Bu, indiki Azərbaycandır, belə nüfuzlu və varlı Azərbaycan. 1992-ci ildə parçalanmaq ərəfəsində olan, az qala acından ölən Azərbaycan Rusiya, Qərb və Avropa dövlətlərinə münasibətlərini bildiyi halda biz İranı Ermənistanla aramızda olan münaqişəyə vasitəçi kimi cəlb etdik. İran da bilirdi ki, regional proseslərə girməsinə lcazə verməycəklər. Kimisə cəzalandıracaqlar. Bizi cəzalandırdılar...

L.Ter-Petrosyanın başçılıq etdiyi nümayəndə heyəti Tehranda Azərbaycanın prezident əvəzi, Ali Sovetin sədri Yaqub Məmmədovla danışıqda idi. R.Köçəryan və S.Sərkisyanın başçılığı ilə digər ermənilər Rusiyanın sözü ilə Şuşanı işğal etdilər. Sonradan İran ermənilərə siyasi, geosiyasi, iqtisadi yardım, bizdə isə ancaq qaçqınlara yardım etdi. Bundan əlavə hərbi, siyasi dəstək vermədi.

1994-cü ildə məğlubiyyət atəşkəs müqaviləsi imzalananda bizim ərazimizdə yalnız İranın hərbi qüvvələri olub. İçimizdə olan İranın hərbi qüvvəsi də tamam ayrı işlə məşğul idi: “Allahu-Əkbər Xomeyni rəhbər”. Azərbaycan torpaqlarının işğalının dayandırılmasında iştirak etmədi.

1994-cü il mayın 18-də İranın Rusiyadakı diplomatları Novruz bayramını qeyd etmək üçün Tehrana uçurlar və bu zaman sevinirlər ki, Qarabağ torpağı nəhayət ki, ermənilərə qismət oldu. Özlərinin təbərrikini görməkdən ötrü təyyarəni Qarabağın üzərindən uçurdurlar. 18 diplomat, 13 ekipaj heyəti Qarabağın üzərindən uçarkən ermənilər “Strela” ilə təyyarəni vurur, 31 İran vətəndaşını öldürür. Bu günə qədər İranda o adamların adını tuta bilməzlər. Çünki geniş ictimaiyyət erməninin İrana qarşı nə işlərlə məşğul olduğunu bilər.

Bütün bunları nəzərə almağınızı çox vacib hesab edirəm. Əlbəttə, çoxdandır Nurəddin Şirini (Qüds TV) Azərbaycanla əlaqəli mövzularda görmürəm. Çox təəssüf ki, bəzi Azərbaycan mənşəli ekspertlər artıq mövqeyini dəyişir, İranın təsiri altına düşürlər. Professor Abbas Qarağaclı həmişə obyektiv mövqedən çıxış edib. İndi İranın anti-Azərbaycan dəlillərinin əsaslanmasında iştirak edir. Cavad Gök də bir dəfə belə işlə məşğul oldu, görünür, daxilən ağrı çəkir deyə o proseslərə qoşulmur.

Əziz soydaşlarımız!

İranın ən birinci düşməni Azərbaycan Respublikasıdır. Bunun qədim kökləri var. Vaxt gələcək izah edəcəyik. 2-ci və 3-cü yerdə Rusiya və Türkiyə, 4-cü və 5-ci yerdə Pakistan və Səudiyyə Ərəbistanıdır. 6-cı 8-ci yerdə BƏƏ, Bəhreyn və Qətərdir. Əlbəttə, imkanı olsa Misiri də parçalayar, Arəşin oxundan atar.

İranın Hindistanla qardaşlığının səbəbi Hindistanın Pakistanla düşmən olmasıdır. Hindistan Pakistana görə bütün İslam dünyasına nifrət edir. İsrailin ən əsas müttəfiqlərindəndir. Elə İranın da daxilində Hindistan şirkətləri birinci yerdədir. Hamısı da İsrailə casusluq edirmiş. İslam müqəddəslərini, o cümlədən İran islamı ilə bağlı dəyərləri də təhqir etməkdən çəkinmir. Amma İran belə Hindistanı çox üstün tutur. Hindistan Pakistan müharibəsi zamanı İran Pakistanı dəstəkləmədi, vasitəçilik təklif etdi.
İran indiki parametrdə mövcud olduqca, Azərbaycanın İsraillə əlaqələri olmalıdır. Bu şəksizdir. İsrail-Azərbaycan münasibətləri 1998-ci ildə qurulub. Bizim İsraildə səfirliyimizin 3-4 yaşı var. Azərbaycanla hərbi əməkdaşlıq əlaqələri 2003-2005-ci illərdə başlayıb. O dövrdə İsraillə bizim əlaqələrimizdə İranın adı yox idi. Qarabağa görə bizə silah satmırdılar, izolyasiyada idik. Rusiya Ermənistana 1 milyard dollarlıq silahı havayı verdi. Azərbaycan tam silahsız qalmışdı. O dövrdə biz silah blokadasını İsrailin hesabına yardıq. Aİ və NATO-nun üzvü olan dövlətin texnikasını İsrail Azərbaycan üçün alırdı. Bunlar faktdır. Nə qədər İran var, biz İsraillə əlaqələri kəsməyəcəyik. Bizim İsraillə münasibətlərimizdə İranın daxili mövzularının müzakirə edilməməsinin bariz sübutu Təbrizin İsrail qırıcıları tərəfindən bombalanmasıdır. Əgər İsraillə Azərbaycan hökuməti arasında İranın daxili ilə bağlı söhbət aparılsaydı, bu zaman lazımi proseslər də gedərdi.

Bizim İsraillə münasibətlərimiz yalnız təhlükəsizlik mövzularıdır. İndi əgər İran Azərbaycana qarşı hücum siyasətini şayiələr üzərində qurursa, biz artıq öz təhlükəsizliyimiz barədə fikirləşməliyik. İsraillə neft əməkdaşlığı müqaviləsi xarici ticarətdə minlərlə müqavilədən biridir. İranın başladığı Qəzza müharibəsindən xeyli əvvəl bağlanıb. 60-70-ci illərdə ərəb torpaqlarının işğalında İsrailin ən böyük yardımçısı İranın maliyyəsi, nefti və şəxsi heyəti olub. Bu gün də İranın İsrailə münasibəti birmənalı deyil. Putin İsrailə birbaşa hücum etməyi iki dəfə İrana təklif etdi. RF-in də İsraillə çox ciddi problemləri var. İran hər iki təklifi rədd etdi. Rəisinin öldürülməsinin səbəbini bəlkə burada axtaraq?!

Əziz soydaşlar!

Azərbaycana həm ABŞ, həm də Rusiya tərəfindən birgə anti-İran layihələr təqdim olunub. Bunları mətbuatdan bilirsiniz. Ağ Evin bağçasında Prezident İ.Əliyevin 2005-ci ildə səsləndirdiyi bəyanatı hamınız oxumusunuz. Rusiyada Putin-Medvedev prezident növbələşməsi dövründə D.Medvedevin prezidentliyi vaxtı İran mövzusunu Azərbaycanın qarşısında qoydu. Sonra RF xarici işlər naziri S.Lavrov dəfələrlə bu mövzunu təqdim etdi. V.Putin prezident seçildikdən sonra yenə bunu təkrar etdi. Əslində ermənilər o vaxt deyirdilər ki, D.Medvedevin Azərbaycan və Ermənistan istiqamətində apardığı siyasət Azərbaycanın diktə etdiyi siyasət olub. Bu V.Putinin siyasətinə ziddir, ona görə V.Putin həm D.Medvedevi, həm də İ.Əliyevi cəzalandıracaq.

V.Putin yenidən prezident seçildikdən sonra 2013-cü ilin avqustunda Azərbaycana səfər etdi, həm də Azərbaycanda prezident seçkiləri dövrü idi. Çox mövzularla yanaşı, Azərbaycanın tarixi problemlərinin həllinə girişmək təklifini verdi. Azərbaycan Prezidenti isə əvəzində Azərbaycan, Rusiya və İran prezidentlərinin sammitini təklif etdi.

Azərbaycan İrana əlavə hərbi hücumun olmaması istiqamətində fəaliyyət göstərdi. İndi belə olan dövrdə biz anlaya bilmirik. Bizə pul, silah verirlər. Əməlimizi beynəlxalq hüquq normasına uyğunlaşdırırlar. BMT TŞ qətnaməsi bizim istədiyimiz kimi yazılır. Bu şərtlərlə biz iri dövlətlərlə birlikdə İrana hücuma keçmirik, gedib İsrailə yalvarırıq ki, gəl gedək İranı parçalayaq. Əslində bu İranda bir qrup adamın anti-Azərbaycan mövqeyinin ən apogeydə olduğunun göstəricisidir.

İranda ali rəhbərin ətrafında intellekt yoxdur.

Bütün qərarlar əsəbi emosional fonda qəbul edilir.

Azərbaycan müstəqil dövlətdir və nə qədər gücü var, müstəqil siyasət aparacaq.

Azərbaycanın müstəqil siyasətinə kimsə təzyiq edəcəksə, o zaman birinci ziyan çəkən İran olacaq.

Uzun müddət mən Azərbaycan üzərindən Qərbin Türkiyəyə qarşı apardığı siyasətdən xəbəri olan adam olmuşam. Sevinirəm ki, o planların fəaliyyətə başlamamasında cüzi rolu olan adamlardan biriyəm. Bu gün Türkiyənin də İrana və Azərbaycana qarşı siyasətində olan bəzi şeyləri görürük. Türkiyədə ümumi gücün zəif olması anlayışının tədqiqi yoxdur. 1918-20-ci illərdə Osmanlı imperiyasının dağılıb, Türkiyə Cümhuriyyətinin qurulduğu dövrdə prosesləri tədqiq edib, lazımi nəticələrə gəlməyənə qədər Türkiyə uğursuzluq zolağından çıxa bilməyəcək. Türkiyənin gücü Qərbdən idarə olunan gücdür və bəlkə də ömürlük belə də qalacaq.

İran -Türkiyə kontekstində vacib olan daha bir məqam İranda bir qrup fars şovinistin Türkiyədə yaranmış dini vəziyyətdən ruhlanmasıdır. Onların fikrincə, hənəfliyin banisi farsdır və bu gün müsəlman dünyasının təxminən 80%-i hənəfidir və fars həmin hənəfiliyi özünün təriqəti kimi ortalığa qoymaq istəyir. Birinci arqumentləri Türkiyə kimi güclü cəmiyyətin hənəfi olmasıdır. Din, təriqət çox həssas mövzudur. Buna girişməklə zərrə qədər işimiz yoxdur. Belə dini təriqət mövzusunda Qərbin Türkiyənin gücsüzləşməsi istiqamətində istifadəsi də diqqətdən kənarda qalmır.

Reallığı dərk etməyimiz və Türkiyədə sizə olan münasibətləri müvəqqəti kənara qoyub, daha ümumi bizim region üçün qlobal problemlə məşğul olmağımız çox vacibdir.

İranla əlaqədə olmağınızı, onun maraqlarına uyğun xidmət etməyi tövsiyə etmirik. Bizim də qarşıda planımız, konsepsiyamız var. Yaxında vəziyyət sabitləşdikdən sonra o konsepsiyanı açıqlayacağıq. Böyük ehtimalla bəlkə də bizim rəsmilərin müəyyən qismi o konsepsiyadan xəbərdardırlar. Biz də açıqlayacağıq. Ən vacib odur ki, İranın anti-Azərbaycan fikirlərini təbliğ etməyin. Sizə təqdim olunan anti-Azərbaycan fikirləri barədə İrandan izahat istəyin. Bizim sizdən gözləntimiz budur.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri



Xəbər 673 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.07.2025  18:00 

“Oleq Bakinski”yə HÖKM OXUNDU

25.07.2025  17:08 

Prezident fərman imzaladı

25.07.2025  16:21 

Abşeronda yanğın oldu - Video

25.07.2025  13:08 

Sabah 40 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +