Azərbaycanlı rəis Rusiyada saxlanıldı - VİDEO
FHN 3 yaşlı körpəni belə xilas etdi - VİDEO
Ukraynada Azərbaycan əsilli hərbi qulluqçu şəhid olub
İntim görüntüləri yayılan şöbə müdiri istefa verdi
Aeroport şosesində qəza oldu
Bu gün imtahan idi: 6 nəfər qovuldu
Sumqayıtda güllələnmə: Bir nəfər ölüb
Sabah 40° isti olacaq
Azərbaycanlıların məskunlaşdığı hostelə polis basqın edib
Fərid Əhmədov Mirsaleh Seyidovu devirmək istəyir?


13.07.2025  13:04 

İran ABŞ və İsrailə deyil, Türkiyə və Azərbaycana düşmənçiliyini davam etdirir - ŞƏRH





A+  A-

“Suriyanın müvəqqəti hökumət başçısı Əhməd Əş Şaaranın anons olunmadan Azərbaycana səfərinə İranın verdiyi reaksiya gözlənilən idi. Amma İranın bu dərəcədə anti-Türkiyə və anti-Azərbaycan düşmənçilikdən əl çəkmədiyini, onu hər şəraitdə nümayiş etdirdiyini artıq başa düşmək olmur. 44 günlük müharibə zamanı da İran çox qətiyyətli bəyan etdi ki, Türkiyə Suriyadan təkfirçiləri Azərbaycan-Ermənistan sərhədinə köçürüb. Hətta təyyarədən şəkillər qoydu. O sərnişinlərdən 3-4-ü Azərbaycanda publik şəxslər idi, mətbuatda, efirdə görünən adamlar idi. Onları Türkiyənin Suriyadan gətirdiyi təkfirçilər kimi təqdim etdi. Sayının 3000-5000 olduğunu da dedilər”.

Bu barədə açıqlamanı XəzərNews.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, Qarabağda yerləşdirilən RF sülhməramlılarının radioelektron qurğuları və İran bu barədə iz tapa bilmədilər:

“Arada mətbuatda bu mövzunu davam etdirirdilər. Vurğu Suriyadan təkfirçilərin gəlib-gəlməməsində deyil, Azərbaycan-Türkiyə birliyinə İranın düşmənçiliyini göstərmək üstündə idi. Sonradan Zəngəzur koridoru mövzusu meydana çıxdı. Tehran açıq bəyan etdi ki, İran üçün bu gün Türkiyədə olan dəmir, avtomobil yolları, neft-qaz kəmərlərinə nisbətən Ermənistanla 10 ilə dəmir, avtomobil yolunun neft-qaz kəmərlərinin tikilməsi daha vacibdir. İran bu qədər anti-Türkiyə və anti-Azərbaycandır. Bu gün də onların veriliş apardığı studiyada dekorasiya Firdovsinin “Şahnamə”sindəki İranın Turana ox atan Arəşin portretidir. İran ABŞ, İsrailə və qeyri-dövlətə qarşı deyil, Türkiyə və Azərbaycana düşmənçiliyini davam etdirir”.

Mərkəz rəhbəri qeyd edib ki, Zəngəzur koridoru ilə bağlı hər şey artıq ABŞ-ın nəzarətindədir və Ermənistan da ABŞ-ın sözünə qulaq asır:

“İranın ali rəhbərinin adından Türkiyə prezidentini söyürlər. Türkiyə prezidentinin ətrafı öz ədəbinə sığınıb, İranın ali rəhbərinin və digər rəsmilərinin ünvanına təhqir səsləndirmir. Əllərində İranın mətbuatından daha böyük tirajlı mətbuat var. Hər gün Türkiyəyə bəlkə də 20-yə yaxın dövlətin nümayəndələri səfər edir və Türkiyənin 10-15 dövlətlə əlaqəsi var. Bu əlaqələrin heç birini İrana qarşı çevirmir. İran Türkiyənin daxilində nəinki Türkiyəyə, hətta Azərbaycana qarşı platforma yaradıb. Türkiyə vətəndaşı, jurnalisti, siyasətçisi Azərbaycanı açıq söyürdü və rəsmi Ankara da buna dözürdü. İran bütün bunların hamısından sui-istifadə edir. İndi də Əş-Şaara öz vətəndaşı üçün Azərbaycandan qaz almaq istəyi ilə gəlir. Bu məsələni R.T.Ərdoğan və İ.Əliyev Xankəndində razılaşdırmışdılar. R.T.Ərdoğan da sevinərək bildirdi ki, İ.Əliyev Suriyaya qaz verəcək. Ərdoğan Əş-Şaaranı göndərdi və Azərbaycanda qaz müqaviləsindən başqa heç bir müqavilə imzalanmadı. Əş-Şaara Azərbaycan qazını öz ələvi, sünni, şiə vətəndaşı üçün alır. Bəyəm kürdə, hənəfiyə qaz veriləcək, ələvi və şiəyə qaz verilməyəcək?!”

Politoloq əlavə edib ki, İran 10 ilə yaxın Suriyanın daxilində oldu:

“O təkfirçiləri ləğv edə bilərdi. Təkfirçi mövzusu ona bəllidir. Sadəcə söhbət Azərbaycanı yenidən gündəliyə gətirmək və Ermənistanı Azərbaycanın üstünə qızışdırmaq, Qarabağ ermənilərini qaytarmaq mövzusunu aktuallaşdırmaq niyyətindədir. Azərbaycan və Türkiyə birlikdə regionun rekonstruksiyasına başlaya bilərlər. Əgər Azərbaycan Suriyaya qaz verirsə, sabah Azərbaycanın SOCAR-ı orada olacaq, neft, qaz çıxarda bilər. Azərbaycanlı mütəxəssislər bərpa işləri ilə məşğul olacaq. Azərbaycan orada İsraillə də dil tapa bilib, müəyyən geosiyasi formul yarada bilər, Türkiyə ilə İsrailin arasında müəyyən əlaqələr qura bilərlər. İranı narahat edən budur”.


Xəbər 497 dəfə oxunub.




13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu

13.07.2025  12:34 

Ölümlə danışarsan...!

13.07.2025  11:54 

Sabah 40° isti olacaq

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb


BÜTÜN XƏBƏRLƏR +