Slovakiya sanksiya paketini təsdiq edəcək-Robert Fitso
Doğum evində üçəm doğuldu, baxımsızlıqdan tələf oldu
Yuxusuna mane olan körpəsini öldürdü
Ukraynanın yeni baş naziri təsdiqləndi
Gömrükdə rəhbərlər dəyişsə də, üslub dəyişməyib
Sabir Rüstəmxanlının kitabı Sarayevoda nəşr olundu
Prezident Berdiməhəmmədova Qarabağ atı hədiyyə edib
Kamran Əliyev iki xanım prokurora yeni vəzifə verdi
Əliyev və Berdiməhəmmədov Şuşada - Foto
Kanalda batan çempionun meyiti tapıldı


16.07.2025  10:38 

Ukraynada Azərbaycan əsilli iş adamına cinayət işi açılıb?





A+  A-

Kiyevdə yaşayan Azərbaycan əsilli iş adamı Vaqif Əliyevlə bağlı internetdə yayılan məlumatlar dəqiq deyil. Əslində, ona məxsus bir sıra şirkətlərin vergidən yayınması ilə bağlı cinayət işi yoxdur.

XəzərNews.az xəbər verir ki, bu barədə araşdırma aparan “Insider UA” Telegram kanalı məlumat yayıb. Müəyyən edilib ki, Vaqif Əliyevin barəsində cinayət işinin başlanması ilə bağlı bəzi KİV-lər tərəfindən yayılan məlumat həqiqətə uyğun deyil.

Qeyd edək ki, internetdə İqtisadi Təhlükəsizlik Bürosu (BEB) tərəfindən V.Əliyevə məxsus “TRC Lavina”, “Investstroy Garant” və “Mandarin Plaza” şirkətlərinin vergidən yayınması ilə bağlı araşdırmalara başlanıldığı barədə məlumat yayılıb. Qeyd olunur ki, bu faktla bağlı cinayət işlərinin hələ 2024-cü ilin avqustunda qeydə alındığı bildirilir.

Məlumat üçün qeyd edək ki, Vaqif Əhməd oğlu Əliyev 1959-cu ildə Aşqabadda (Türkmənistan) azərbaycanlı ailəsində anadan olub. O, 1980-ci illərin sonunda qazlı su satan 500 köşk şəbəkəsi qurmağı bacarıb. 1990-cı illərin əvvəlində Ukraynaya köçüb.

Vaqif Əliyev burada ukraynalı iş adamı İqor Bakay, İqor Nikonov və Vladimir Krapivin ilə birlikdə Türkmənistan təbii qazının Ukraynaya idxalı ilə məşğul olublar.

2000-ci ildə "Mandarin Plaza" inkişaf şirkətini qurub. Bir il sonra Vladimir Krapivin və İqor Nikonov ilə birlikdə “KAN” adlı (adı - Krapivin, Əliyev, Nikonov soyadlarının ilk hərflərindən) digər bir inkişaf şirkəti təsis edib. Vaqif Əliyevin Kiyevdəki ilk layihəsi 2003-cü ildə tikilən Bessarabkada “Mandarin Plaza” ticarət mərkəzi olub.

2012-ci ildə “KAN” inkişaf şirkəti “Diamond Hill” yaşayış kompleksini istifadəyə verib. 2016-cı ildə Əliyev 50 milyon dollara “Parus” biznes mərəzinin 50%-nə sahib olub.

2016-cı ilin sonunda Azərbaycan əsilli iş adamı “Lavina Mall”, 2019-cu ilin ortalarında isə “Blockbuster Mall”un açılışını edib.

Xəbər 768 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.07.2025  23:50 

FTB ləqəbli reper saxlanılıb

17.07.2025  12:33 

Sabah 41 dərəcə isti olacaq

17.07.2025  11:35 

Suriya qüvvələri geri çəkildi

17.07.2025  11:32 

Liderlər Füzulidədir


BÜTÜN XƏBƏRLƏR +