Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir


17.07.2025  18:16 

Ərdoğan Suriya prezidenti ilə danışdı





A+  A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya keçid dövrü Prezidenti Əhməd əş-Şara ilə telefon danışığı aparıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Telefon danışığı zamanı İsrailin hücumlarından sonra Suriyadakı son vəziyyət müzakirə olunub.

Ərdoğan bildirib ki, İsrailin Suriyaya hücumları qəbuledilməzdir və bu hücumlar bütün region üçün təhlükə yaradır. Türkiyə bundan sonra da Suriya xalqına dəstək verməyə davam edəcək.

Ölkə başçısı Suriyada druzlar arasında əldə edilən atəşkəsi Türkiyə tərəfindən məmnuniyyətlə qarşılandığını deyib.

Suriya Prezidenti Şara siyasi birliyin qorunması, torpaqların bütövlüyünün təmin olunması və suverenliyin saxlanması üçün Prezident Ərdoğana təşəkkürünü bildirib.


Xəbər 282 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +