Şahin Şıxlinski sərbəst buraxılıb
Onlar başlatdı, biz bitirəcəyik!
Voronejdə azərbaycanlı sahibkar həbs edilib
Yekaterinburqdakı diaspor liderimizi polis qaçırdı
Əliyevlə Zelenski bu məsələdə razılığa gəldi
Sobçak öldürülən azərbaycanlılardan yazdı
Zelenski Əliyevə zəng etdi, başsağlığı verdi
XİN Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
Prezident İlham Əliyev bu məhkəmələrə hakim təyin etdi
Böyük Britaniya 3 qrupu terror təşkilatı elan etməyə hazırlaşır


01.07.2025  18:29 

Bakının cavab addımları Moskvanı heyrətləndirməyə davam edir...





A+  A-

Raşizmin (faşizmin Rusiyadakı yeni növünün) tam olaraq hücuma keçdiyini anlayan rəsmi Bakı Rusiyanın təhdidlərini və zorbalığını dayandırmaq üçün hərəkətə keçib.

Belə də olmalıydı.

Bakının reaksiyası çevik olduğu qədər də adekvatdır.

Azərbaycanın güc strukturları Rusiyanın güc strukturlarının Yekaterinburqda soydaşlarımıza qarşı misli görünməmiş qəddarlıqla həyata keçirdiyi basqınına "güzgü effekti" ilə (yəni ki, eyni üsulla) deyil, yumşaq güc tətbiqi ilə və seçmə prinsipi ilə cavab verməyə başlayıb.

Və budur, “Sputnik Azərbaycan”dakı FTX (FSB) agentlərinin ardınca, bu gün Daxili İşlər Nazirliyi (DİN) Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstəni saxlayıb.

Təsadüfi deyil ki, sözügedən dəstə üzvləri Rusiya vətəndaşlarıdır.

Azərbaycan tərəfi Rusiya rəhbərliyini reallıq hissinə qaytarmaq və raşizmin hücumunu dayandırmaq üçün olduqca düzgün və effektiv yol seçib. Bakının cavab addımları Moskvanı heyrətləndirdiyi kimi, dünya tərəfindən də diqqətlə izlənilir.

Əlbəttə, Kremldəkilər yəqin ki, Bakıdan belə sərt təpki gözləmirdilər. Lakin raşizm formasında təzahür edən yeni rus barbarlığını dayandırmağın başqa yolu yoxdur.

Rusiya adekvat ölkə deyil ki, onu diplomatik yollarla (misal üçün, nota verməklə) dayandırmaq mümkün olsun.

Ona görə də Bakı cavab addımı kimi ilkin mərhələdə hələlik Rusiyanın ölkəmizdəki gizli şəbəkələrindən, agentlərindən başlayıb. Eləcə də Rusiya tərəfi ilə birgə planlaşdırılan mədəni-kütləvi tədbirlər dayandırılıb. Həmçinin, Milli Məclisin Rusiya parlamenti (Dövlət Duması) ilə birgə tədbiri də ləğv olunub.

Cavab tədbirlərinin sırası (vəziyətin diktəsindən asılı olaraq) getdikcə genişlənə də bilər.

Rusiyanın zorbalığını neytrallaşdırmaq üçün Bakının arsenalında təsirli cavab üsulları kifayət qədər çoxdur. Azərbaycan hətta Rusiyanı beynəlxalq məhkəmələrə (Beynəlxalq Cinayət Məhkəməsi və Haaqa Məhkəməsi) də verə bilər. Və yaxud, Federal Təhlükəsizlik Xidməti ("FSB") rəsmi Bakı tərəfindən "terrorçu təşkilat"lar siyahısına daxil edilə bilər.

Bir sözlə, Bakının əlində Moskvanın zorakılıqlarını və təhdidlərini dayandırmaq üçün lazımi təsir rıçaqları az deyil.

Bakı bu rıçaqların hamısını total şəkildə hərəkətə gətirməyə tələsmir. Çünki məqsədimiz Rusiyaya müharibə elan etmək deyil.

Yeganə məqsədimiz Rusiyanı Azərbaycana və azərbaycanlılara qarşı hörmətlə yanaşmağa məcbur etməkdir.

Düzdür, bu elə də asan iş deyil. Çünki bizdən əvvəl heç bir postsovet ölkəsi imperiyanın (keçmiş SSRİ-nin) hüquqi varisi olan Rusiyanı bərabərhüquqlu münasibətlərə, qarşılıqlı hörmətə məcbur edə bilməyib.

Bu kontekstdə Azərbaycan Rusiyaya qarşı hazırkı ləyaqətli davranışı ilə bütün postsovet məkanında bir ilkə imza atır, hamı üçün örnəyə çevrilir.

Lakin Rusiyanın imperiya psixologiyasını "sındırmaq" və onun müstəqil dövlətlərə qarşı aşağılayıcı, ekspansiv davranışlarına birdəfəlik son qoymaq üçün MDB ölkələri də (xüsusən də Cənubi Qafqaz və Türküstan dövlətləri) Azərbaycana dəstək verməlidirlər.

Rusiya adlı "piton"un neoimper zəhər dişini yalnız birgə səylər əsasında qırmaq mümkündür.

Bəybala Mirzəyev

Xəbər 65 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.07.2025  00:31 

Onlar başlatdı, biz bitirəcəyik!

01.07.2025  16:33 

Çində güclü daşqın olub

01.07.2025  16:09 

Rusiya Azərbaycana nota verib

01.07.2025  15:17 

Ukrayna Rusiyaya PUA hücumu edib

01.07.2025  15:03 

Azər Zahid buraxılıb


BÜTÜN XƏBƏRLƏR +