Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


29.06.2025  11:29 

Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi





A+  A-

Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, hüquq elmləri doktoru, professor İlham Rəhimov Rusiyanın Yekaterinburq şəhərində soydaşlarımıza qarşı baş verən hadisəylə bağlı rəhbərlik etdiyi təşkilatın mövqeyini açıqlayıb.

XəzərNews.az xəbər verir ki, professor İlham Rəhimov açıqlamasında bildirib ki, rəhbərlik etdiyi təşkilat Yekaterinburq şəhərində Rusiya vətəndaşları olan azərbaycanlılara qarşı törədilmiş hadisəni qəti şəkildə pisləyir və bunu həyata keçirmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarının dairəsini müəyyən etməklə onların cinayət məsuliyyətinə cəlb edilməsini qəti şəkildə tələb edir.

İlham Rəhimov bildirib ki, hadisədən xəbər tutan kimi dünən Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Elçin Şıxlinski ilə bir neçə dəfə əlaqə saxlayaraq həm hadisə barədə ətraflı məlumat alıb, həm də bundan sonra hansı addımların atılması barədə diaspor rəhbəri ilə məsləhətləşmələr aparıb.

Professor İlham Rəhimov baş vermiş hadisənin obyektiv araşdırılması üçün Rusiyanın hüquq- mühafizə orqanlarının rəhbərliyində təmsil olunan şəxslərə müraciət edəcəyini bildirib. O hadisənin obyektiv araşdırılması üçün bütün imkanlarından və nufuzundan istifadə edəcəyini də qeyd edib.

Professor İlham Rəhimov eyni zamanda baş vermiş hadisənin həssaslığını nəzərə alaraq məsələnin tam və hərtərəfli araşdırılmasını gözləməyi, azərbaycanlıların Rusiya cəmiyyətində mövqelərinin güclənməsindən ciddi narahat olan qüvvələrin maraqlarına istəmədən belə xidmət edən hərəkətlərdən yayınmağın vacib olduğunu ifadə edib.

Xəbər 175 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +