DTX-dən XÜSUSİ ƏMƏLİYYAT: Xaricdə xeyli terrorçu ələ keçirildi
Azərbaycanlı gənc ABŞ-də nüfuzlu vəzifəyə gətirildi
Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini


11.05.2025  14:22 

Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi





A+  A-

Mayın 10-da müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Ukraynanın paytaxtı Kiyevdə təntənəli şəkildə qeyd edilib.

İlk öncə Azərbaycanın Ukraynadakı səfirliyinin və GUAM-ın Baş Katibliyinin, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin, ölkəmizin Xarkovdakı Fəxri Konsulluğunun kollektivləri, diaspor fəalları, soydaşlarımız Kiyevdəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Sonra Kiyevdə bir neçə ay öncə salınan Azərbaycan-Ukrayna Dostluq Xiyabanında növbəti ağacəkmə aksiyası keçirilib.

Səfirliyimizin və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasından öncə Azərbaycan və Ukraynanın dostluğunu tərənnüm edən xatirə lövhəsinin açılışı olub.

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyev dost Azərbaycan-Ukrayna münasibətlərinin banisi, müasir Azərbaycanın memarıdır.

“Bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişafda olan, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanın inkişafında yeni mərhələ açılıb”, - deyə səfir bildirib.



S.Mərdəliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş, regional təhlükəsizliyi və əmin-amanlığı təşviq edən, qlobal layihələrin təşəbbüskarı və icraçısı olan qüdrətli dövlətə çevrildiyini vurğulayıb.

Ukrayna ətraf mühitinin mühafizəsi və təbii sərvətlər nazirinin müavini Sergey Vlasenko AZƏRTAC-a açıqlamasında göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

“Kiyevdə milli parkın inkişafında göstərilən diqqətə görə Azərbaycan dövlətinə, səfirliyinə təşəkkür edirəm. Azərbaycan dövləti ətraf mühitə diqqəti COP29 konfransında da göstərdi. Azərbaycan Kiyevdə də ətraf mühitin inkişafı üçün xüsusi layihələr həyata keçirilir. Bu salınan park kiyevlilər üçün gözəl hədiyyədir. Burada insanlar idmanla məşğul olacaqlar. Bir müddətdən sonra çiçəklənmiş ağacları görəcəyik, ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasını hiss edəcəyik. Biz burada valideynləri ilə birlikdə oynayan uşaqların sevincini görəcəyik. Bu aksiya gözəl başlanğıcdır, bu cür aksiyaları ancaq dəstəkləmək lazımdır”, - deyə o bildirib.

Qeyd edək ki, Kiyevin Dnepr çayının sağ sahilində salınan xiyabanda ilk dəfə ötən ilin dekabrında ağacəkmə aksiyası keçirilib./AZƏRTAC

Xəbər 944 dəfə oxunub.




12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +