Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


16.05.2020  10:53 

ABŞ ÜST ilə bağlı yeni qərar verir





A+  A-

ABŞ Prezidenti Donald Trampın Administrasiyası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsini yeniləyə bilər.
XəzərNews.az "Fox news"a istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyası tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adanom Qebreysusa göndərilən məktubda qeyd olunub.

Məktubda qeyd edilib ki, Tramp administrasiyası ÜST üçün maliyyə dəstəyini bərpa etməyə razılıq verəcək. Lakin məbləğin Çinin ödədiyi məbləğlə eyni miqdarda olacağı bildirilib. "Çin ÜST üçün maliyyəni artırarsa, o zaman biz də artım ehtimalını nəzərdən keçirəcəyik",-deyə məktubda qeyd olunub.

Bildirilib ki, ABŞ ÜST-ün işində müəyyən çatışmazlıqları görür, lakin bununla yanaşı təşkilatın böyük potensiala sahib olduğuna inanır.

Xatırladaq ki, aprel ayında Tramp ÜST-ün ABŞ tərəfindən maliyyələşdirilməsini dayandırdığını açıqlamışdı.



Xəbər 2581 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +