Ramzan Kadırov Türkiyədə dənizdə boğuldu
İlham Əliyevin müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı
Məşhur marketdə saxta araqlar aşkarlandı
Tailand Kambocaya rəsmən müharibə elan etdi-YENİLƏNİB
Talıbovlara məxsus olmuş restorana “stop“ qoyuldu
Ağsaqqallar Şurasında 14 milyonluq dələduzluq
Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artırılır
Füzulidəki yanğın Hadruta çatır
Arif Babayev reanimasiyaya yerləşdirildi
Rusiya Xarkova 500 kiloqramlıq bomba atdı


23.07.2025  18:33 

İRAN ÜÇÜN QORXULU SSENARİ: ZƏNGƏZURDAN QOVULACAQ





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.

Verilişdə səsləndirilən fikirləri qısa tezisini təqdim edirik:

Suriyanın belə vəziyyətə düşməsində İranın rolu müstəsnadır. B.Əsəd bu gün Moskvada V.Putinin yanındadır. O, hər şeyi deyə bilər. B.Əsəd hakimiyyətdən getməzdən əvvəl terrorçuların artan gücünün qarşısına qoymaqdan ötrü İrandan yardım istədi, İran o yardımı vermədi. Ali rəhbər etiraf etdi ki, bizdən yardım istənildi, vermədik. Çünki İran B.Əsəd hökumətinin qabağında onu özündən asılı salmaq istiqamətində təkliflər vermişdi. Sonradan İran mətbuatında belə göstərdilər ki, guya B.Əsəd yardım istəyib və İran da o yardımı verib.

İranın İraqdakı qüvvələri - Kətaib Hizbullah öz təşəbbüsləri ilə Suriya ərazisinə keçib, terrorçulara qarşı mübarizə aparmaq istəyərkən İrandan gələn əmrlə onlar dayandılar.
İran Suriya kampaniyasında o zaman və indi anti-Türkiyə təbliğat aparıb və aparır.
Rusiya barəsində də eyni mövqedə olub. İranın Suriyadakı obyektlərinə İsrailin hücumunu dayandırmasını İran Rusiyadan tələb edib.

Türkiyə ilə bağlı isə çox çeşidli anti-Türkiyə ideyalar ortalığa sürüb. Suriyada vəziyyət gərgin olduğu dövrdə də İran Zəngəzur koridorunu yadından çıxartmayıb. Suriyaya qüvvə göndərmək əvəzinə qüvvələrini Zəngəzur koridorunda ehtimali gərginlik üçün saxlayıb. Bu göstərir ki, İranın siyasətində ən vacib Azərbaycan Respublikasına qarşı mübarizədir. Bəşər Əsəddən əsassız tələbləri onu İrandan soyutdu. Sonradan ehtiyac yarananda B.Əsəd İrana kömək üçün müraciət etdi. İran Fələstin, Hizbullaha və HƏMAS-la da əlaqələrin kəsiləcəyini düşünmədən B.Əsədlə çox pis rəftar etdi. Nəticədə ali rəhbərin müşaviri Əli Laricaninin Suriyaya səfəri zamanı B.Əsəd tərəfindən qəbul edilmədi.



Əslində İran siyasətinin IQ indeksi həmişə sıfır ətrafında olub. Yaratdıqları proksiləri - HƏMAS, Hİzbullah, Suriya, İraqdakı qüvvələrini əlində saxlaya bilməməsinin ilk səbəbi onun düzgün hesablanmış siyasət apara bilməməsidir.

İran Türkiyənin daxilində xeyli gücləndi. Həm mətbuatda, həm də qeyri-hökumət təşkilatı kateqoriyasında çoxlu strukturlar yaratdı, ətrafına gəncləri toplaya bildi. Türkiyənin daxilində tək Qəzza, Hizbullah, Suriya deyil, anti-Azərbaycan mövzuları da qızışdırırdı. Oradakı iştirakçıların böyük əksəriyyətinin azərbaycanlı və əqidəsinə görə şiə olmasına baxmayaraq İranın sözü ilə Azərbaycanın ünvanına çox kəskin mübarizə aparırdılar.

İran Gilanda Türkiyə və Rusiyanın ərazisini görən və bu ərazidə elektron müharibə aparmağı bacaran qurğu tikdi.

İranın Zəngəzur koridoru siyasətinə də məhz tək Azərbaycan, anti-Türkiyə deyil, həm də anti-Rusiya prizmasından yanaşmaq lazımdır. Cənubi Qafqaz Rusiyanın təsir zonası hesab olunur. Ermənistan rəsmən KTMT-nin üzvüdür, Ermənistanda Rusiyanın 5000 nəfərlik hərbi bazası var. Həmin dövrdə hətta Ermənistan-İran sərhədini rus qoşunları qoruyurdu. Bu İranın müttəfiq, qeyri-müttəfiq anlayışlarına da münasibətini müəyyənləşdirir.

Xəbər 5734 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

24.07.2025  17:22 

24 saatda 79 fələstinli öldü

24.07.2025  15:06 

Ağdamda yenidən yanğın başladı

24.07.2025  12:27 

Ağdaşda ailə faciəsi yaşandı


BÜTÜN XƏBƏRLƏR +