Xırdalanda 4 yaşlı uşaq qızdırmadan öldü
Rusiyada azərbaycanlı biznesmen saxlanıldı
“Suriya üzrə danışıqların növbəti raundu Bakıda keçiriləcək“
Sənədsiz evlərə “kupça” verilməsində YENILIK
Kəşfiyyatçılar Bakıda məlumat toplayırdılar - Casusdan ETİRAF
Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb


18.07.2025  11:59 

Baku Electronics satdığı malı pulsuz quraşdırma adı ilə pul alır - Foto/Şikayət





A+  A-

Baku Electronics və onunla əməkdaşlıq edən Baku Service Company-nin adı növbəti dəfə narazılıqla gündəmə gəlib.

XəzərNews.az xəbər verir ki, Şükran Məmmədli adlı şikayətçi iyunun 9-da Baku Electronics-in İnşaatçılar filialından iki ədəd kondisioner aldığını, bu cihazların isə “pulsuz quraşdırma” vədi ilə satıldığını iddia edir.

Quraşdırma zamanı servis əməkdaşları heç bir əlavə boru istifadə etmədikləri halda, müçtəridən texniki səbəb adı ilə 50 manat ödəniş tələb ediblər. Ödəniş nə POS-terminal vasitəsilə alınıb, nə də müştəriyə qəbz təqdim edilib, sadəcə kartdan-karta yolu ilə həyata keçirilib.

Müştəri iddia edir ki, quraşdırma zamanı divar kağızı zədələnib, kondisionerin xarici bloku isə təhlükəli şəkildə – yalnız iki nöqtədən bərkidilib.

Şikayətçi bildirir ki, problemin həlli üçün dəfələrlə həm mağazaya, həm də servisə müraciət etsə də məsələ yalnız iyunun 20-də, 11 gün sonra həll olunub.

Antiinhisar Xidmətinə edilən şikayətə cavab olaraq servis şirkəti guya normadan artıq mis borudan istifadə edildiyini iddia edib. Amma Şükran Məmmədli bunun tamamilə yalan olduğunu deyir – çünki borular əvvəldən hazır vəziyyətdə olub və heç bir əlavə materialdan istifadə edilməyib.

Müştəri həm əsassız alınan ödənişə, həm də standarta uyğun olmayan və təhlükəli quraşdırmaya görə narazıdır. Lakin bu günə qədər nə Baku Electronics, nə də Baku Service Company tərəfindən rəsmi cavab verilməyib.

Zəhra
XəzərNews.az








Xəbər 828 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +