Rusiyada azərbaycanlı biznesmen saxlanıldı
“Suriya üzrə danışıqların növbəti raundu Bakıda keçiriləcək“
Sənədsiz evlərə “kupça” verilməsində YENILIK
Kəşfiyyatçılar Bakıda məlumat toplayırdılar - Casusdan ETİRAF
Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar


22.07.2025  16:26 

Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar





A+  A-

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova həkimlərlə bağlı daha bir paylaşımla diqqət çəkib.

XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, onun yayımladığı video "Medipoint" klinikasında lentə alınıb.

Görüntüdə bloger Arifə Məmmədovanın süni mayalanma əməliyyatı zamanı həkimlərlə bərabər otağa çəkiliş qrupu ilə birlikdə girdiyi, proses boyunca orada olması yer alıb.

Qənirə Ataşova bildirib ki, əməliyyatı icra edən ginekoloq Vüsalə Rəhimovadır:

"Əməliyyat otağı podium deyil. Süni mayalanmadakı rəzillik bir dərddirsə, cərrahiyyə otağındakı reklam başqa bir faciədir. Orada həyatla ölüm arasında yalnız bir cərrahın əlləri dayanır. Dünyanın - məsələn, Amerika kimi "geridəqalmış" ölkələrində əməliyyat otağına bloger yox, yalnız lisenziyalı tibb işçiləri girir. Kamera? O da yalnız etik komitənin yazılı icazəsi ilə. Bəs bizdə nə baş verir? Sualım var: Səhiyyə Nazirliyinə, özəl klinikaların rəhbərlərinə və əməliyyat otaqlarına cavabdeh olan hər kəsə: Bloger əməliyyata niyə girir?

Təbii ki, həkimi reklam etmək eşqi ilə. Bəs sizin qaydalarınız haradadır? Əməliyyat otağında pasiyentin toxunulmazlığına, məxfiliyinə kim cavabdehdir? Bu yer axı mətbəx deyil. Tibb işçisi olmayan, tamamilə yad bir insan, cərrah bıçağının yanında, həkimin arxasında "kontent çəkir" və siz hələ də susursunuz?

Nə həkimi tanıyıram, nə də reklam çəkən xanımı. Hətta xanımı da qınamıram, çünki ona icazə verilməsəydi, əsla o otağa girə bilməzdi.

Doktor Vüsalə Rəhimova, siz buna necə icazə verə bildiniz? Axı siz bu xalqın ziyalı təbəqəsindəsiniz".

Sosial mediada tənqid olunan mərkəz və bloger videonu daha sonra silib.



Xəbər 295 dəfə oxunub.




22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +