Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


28.07.2025  15:51 

Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“





A+  A-

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində elektrik enerjisinin verilməsində gərginliyin mütəmadi olaraq artıb-azalması sakinlərin narazılığına səbəb olub.

XəzərNews.az xəbər verir ki, oxu.az-a daxil olan şikayətdə bildirilir ki, artıq bir aydan çoxdur ki, ərazidə elektrik enerjisinin keyfiyyəti ilə bağlı problem davam edir.

Qeyd edilib ki, əvvəllər ərazidə fəaliyyət göstərən transformator sökülərək başqa ünvana daşınıb.

"Qəsəbədə Fətəli xan Xoyski küçəsində yaşayırıq. Ərazidə bir transformator var idi, onu da sökdülər. Başqa əraziyə transformator qoydular və demək olar ki, bütün sakinlərin, mağazaların hamısının işığını bir yerə qoşdular, o da yüklənmələrə səbəb olur. Bir aydan çoxdur ki, elektrik avadanlıqlarından istifadə edə bilmirik. İşıq da normal verilmir, lampa gah közərir, gah da gur yanır. Şikayət də etmişik, amma baxan yoxdur", - deyə sakinlər bildirirlər.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.



Xəbər 172 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +