18.05.2025 10:07
Ərdoğan Türk Dünyası və Azərbaycanla bağlı ciddi səhflərə yol verir - Rəylər
"Ərdoğanın “Çaldıran türk, kürd, ərəbin ortaq qələbəsidir” sözləri Azərbaycanda haqlı narazılıq yaradıb. Çaldıran döyüşündə kimin qalib, kimin məğlub olduğu, Şah İsmayılla Sultan Səlimin münasibətləri və digər tarixi faktlarla bağlı (bu haqda kifayət qədər yazılıb) müzakirələrin iki mənfi nəticəsi olur".
XəzərNews.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib:
"Birincisi, Azərbaycan və Türkiyə ictimaiyyəti arasında uçurum dərinləşir;
İkincisi, Şah İsmayıl irsinə sahib çıxmağa çalışan İran bundan Azərbaycan ictimai rəyində Türkiyəyə qarşı “tarixi düşmənçilik” təbliğatında istifadə edir;
İran 2020-ci ilin Tovuz döyüşləri zamanı Çaldıran döyüşü üzərindən Türkiyəyə qarşı genişmiqyaslı kampaniyaya strat vermişdi. 44 günlük müharibədən sonra bu kampaniya sürətləndi və zaman-zaman səngisə də, aktual olaraq qalır. Çünki həmin dövrdən etibarən Türkiyə Azərbaycanla müttəfiqlik üzərindən Cənubi Qafqazda güclənməyə aşılanmışdı. Belə kampaniyada hədəf seçilənlərdən biri də birbaşa Ərdoğanın özü olub. İndi Ərdoğan Çaldıran döyüşü ilə bağlı dedikləri ilə əslində İrana fürsət verir.
Türkiyənin siyasi elitasına bunu izah etmək lazımdır. Tarix üzərindən ayrılıq yaratmaqdansa, Azərbaycanın qızılbaş irsindən Yaxın Şərqdə istifadə etmək Türkiyə üçün daha sərfəli olardı".
"Şərq" qəzetinin Baş redaktoru Akif Aşırlı isə Ərdoğanın Turan və Azərbaycanla bağlı səhvlərə yol verdiyini bildirib:
"Türkiyə Cümhurbaşqanı Ərdoğanı Azərbaycanda sevməyən çətin ki, tapılsın. Hamı sevir, təqdir edir, hətta şəklini evinin ən gözəl yerində saxlayanlar da var. Gözəl şeir söyləməyi də ayrıça bir aləmdir.
Amma, Türkiyə mərkəzli Turan qurmaq istəyən Ərdoğan son illər Türk Dünyası və Azərbaycanla bağlı bilərəkdən- bilməyərəkdən ciddi səhflərə yol verir, Türkiyə sərhədlərindən kənarda olan türkləri qəlbən, ruhən inçidir. PKK - nın silah buraxması, toplumda barışın oluşu ücün nəzərdə tutulan , oxunan məruzədə mütləq tarixdə qardaş savaşı kimi qınanılan Çaldıran savaşı anılmalıydı?
Belə çıxır ki, ərəb- kürd- Türk ortaq birliyi bir Türk Dövlətiylə savaşıb və qələbə qazanıb. Bu savaşın ərəb, türk, kürd ortaqlığı ilə qazanıldığını xüsusi vurğu ilə söyləmək kimə və nəyə lazımdır? Şah İsmayıl, Əmir Teymur, Yıldırım Bəyazid, Sultan Səlim Türk tarixinin qəhrəmanlıq salnaməsini yazmış Türkdür, onların yanlışlıqları da, uğurları da bizimdir.
Tarixin qaranlıq səhifələri isə aydınlıqdan çox bəzən topluma qaranlıqlar gətirir.
Ərdoğanın müşavirləri, köməkçiləri bu barədə nə düşünürlər görəsən?"
Xəbər 46 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|