Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı
Məhkəmə Fatih Altaylının həbsinə qərar verdi
Yəmən İran və İsrail müharibəsinə qoşulur
Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi


16.12.2022  11:18 

30 min rüşvət istəyən prokurora cinayət işi açıldı





A+  A-

Vətəndaşlardan rüşvət tələb edən prokuror barəsində cinayət işi başlanıb.

Qaradağ Rayon Prokurorluğunun müstəntiqi Emin Seyidov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 3 nəfərdən külli miqdarda pul tələb edib.

Qafqazinfo-nun məlumatına görə, vətəndaş Gülşad Mirzəyeva (şərti) 2021-ci ildə tanışı Elçin Nağdəliyevin ona hədə-qorxu gəlməsi ilə bağlı yaşadığı mənzildə qollarını kəsərək özünü öldürməyə cəhd edib. Daha sonra Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə müraciət edib. Müraciət polis bölməsində araşdırıldıqdan sonra toplanmış materiallar Qaradağ Rayon Prokurorluğuna göndərilib. İlkin araşdırma zamanı məlum olub ki, Gülşad Mirzəyevanın qeyd edilən hadisənin baş verməsində Elçin Nağdəliyevlə yanaşı, Emin Oruczadə və Sərxan Quliyev adlı şəxslərin də iştirakının olmasını bildirib.

Həmin işlə əlaqədar prokuror Emin Seyidov sonunculara və onların yaxın qohumlarına cinayət işinin başlanmamasına və onların tutulub cinayət məsuliyyətinə cəlb olunmamalarına görə bu ilin yanvarında Qaradağ Rayon Prokurorluğundakı xidməti otağında, habelə telefon vasitəsilə 30 min manat rüşvət istəyib. Barəsində araşdırma aparılan şəxslərlə danışıqdan sonra məbləği əvvəlcə 15 min, daha sonra 10 min manata endirib.

Emin Seyidovun əməllərinin üstü açılandan sonra onun barəsində cinayət işi başlanıb. Prokurora hədə-qorxu ilə külli miqdarda rüşvət alma ittihamları verilib. E.Seyidov barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib. Hazırda onunla bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Qeyd edək ki, E.Seyidov 2017-ci ildə prokurorluq orqanlarında işə qəbul olunub. 2020-ci ildən Qaradağ Rayon Prokurorluğunda müstəntiq işləyib.

Xəbər 2550 dəfə oxunub.




22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +