Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı
Məhkəmə Fatih Altaylının həbsinə qərar verdi
Yəmən İran və İsrail müharibəsinə qoşulur
Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi


29.01.2025  10:58 

İcra hakimiyyətləri benzinə nə qədər pul xərcləyirlər?





A+  A-

Balakən Rayon İcra Hakimiyyəti "Azpetrol Ltd” MMC (VÖEN – 1700166231) ilə satınalma müqaviləsi imzalayıb.

XəzərNews.az "yeniavaz"a istinadən xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında imzalanıb.

Müqavilənin şərtlərinə görə, "Azpetrol Ltd” Balakən Rayon İcra Hakimiyyətinə bu ilin sonuna kimi 15 min 500 manat dəyərində yanacaq satacaq.

Məlumat üçün bildirək ki, Azərbaycanda İcra hakimiyyətlərinin əksəriyyətini avtomobil yanacağı ilə "Azpetrol Ltd” ” şirkəti təmin edir.

Son zamanlar ayrı-ayrı rayonların İcra hakimiyyətləri ilə "Azpetrol Ltd” arasında Aİ-95 markalı benzinin alınması ilə bağlı aşağıdakı məbləğdə satınalma müqavilələri imzalanıb:

Balakən Rayon İcra Hakimiyyəti – 15 500 manat;

Şəki Rayon İcra Hakimiyyəti – 3 200 manat;

Səbail Rayon İcra Hakimiyyəti – 16 000 manat;

Binəqədi Rayon İcra Hakimiyyəti – 12 152 manat;

Qusar Rayon İcra Hakimiyyəti – 5 000 manat;

Lənkəran Şəhər İcra Hakimiyyəti – 9 600 manat;

Ağcabədi Rayon İcra Hakimiyyəti – 4 590 manat;

Saatlı Rayon İcra Hakimiyyəti – 9 696 manat;

Gəncə Şəhər İcra Hakimiyyəti – 19 572 manat;

Nərimanov Rayon İcra Hakimiyyəti – 6 700 manat;

Ağsu Rayon İcra Hakimiyyəti – 8 640 manat;

Mingəçevir Şəhər İcra Hakimiyyəti – 10 800 manat;

Biləsuvar Rayon İcra Hakimiyyəti – 6 720 manat.

Bunlardan başqa, Yasamal Rayon İcra Hakimiyyəti "İST” firması ilə 5 000, Sumqayıt Şəhər İcra Hakimiyyəti "Lukoil-Azərbaycan” QSC ilə 36 000, Gədəbəy Rayon İcra Hakimiyyəti "Sultan 015” MMC ilə 11 500 manatlıq müqavilə imzalayıb.

Sədərək, Ordubad və Kəngərli rayonlarının İcra hakimiyyətləri isə "HP Petrol” MMC ilə müqavilə imzlayaraq müvafiq olaraq 4 200, 6 048 və 4 200 manatlıq benzin alıblar.

Xəbər 5689 dəfə oxunub.




22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +