Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Mən kəndə acından ölmək üçün qayıdım?
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


06.12.2023  17:02 

QHT Agentliyi beynəlxalq forum keçirdi - Bakıda/Foto





A+  A-

Dekabrın 6-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və ANAMA-nın tərəfdaşlığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum işə başlayıb.

Xəzərnews.az xəbər verir ki, forumda çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva bildirib ki, mina və müharibənin digər partlayıcı qalıqları işğaldan azad edilmiş ərazilərin inkişafına, insanların öz doğma yurd yerlərinə qayıtmasına əngəl törədir, ətraf mühit üçün də ciddi problem yaradır.



Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Azərbaycan Respublikasının Ombudsman Aparatının aparat rəhbərinin müavini Rəşid Rumzadə, BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuchi, “Beynəlxalq Avrasiya Mətbuat” Fondunun sədri Umud Mirzəyev çıxış edərək minanın insanların həyat və sağlamlığına, ümumiyyətlə bəşəriyyətə ciddi təhdidlərindən danışaraq mina və partlamamış hərbi sursatların işğaldan azad edilmiş ərazilərdə dayanıqlı inkişafa törətdiyi maneələrdən söhbət açıblar.

Forumda həmçinin ANAMA stendinin təqdimatı və Azərbaycanın minatəmizləmə fəaliyyəti ilə bağlı film də nümayiş olunub.



Forumun ikinci hissəsində isə qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün ANAMA-nın əməkdaşları tərəfindən “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə və təhlükəli ərazilərdə davranış qaydaları, minaların törətdiyi fəsadlar və psixoloji nəticələri, təhlükəli ərazilərin əlamətləri” adlı təlim keçirilib.

Forum sabah öz işinə dünyanın mina ilə ən çox çirklənmiş şəhərlərindən biri olan Ağdamda davam edəcək.







Xəbər 1098 dəfə oxunub.



05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +